Endryu Parsons: Azərbaycanda idmanaparalimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir

 

Noyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sədr qonağı səmimi salamlayaraq, bildirib ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərilir. Bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə hər bir sahədə olduğu kimi, idmanda da böyük inkişaf var.

Bu gün biz Avropa, Dünya çempionatlarında, OlimpiyaParalimpiya oyunlarında yüksək nəticələr əldə edirik. Bölgələrimizdə regional Olimpiya mərkəzləri fəaliyyət göstərir. 2008-ci ildə paralimpiyaçılar üçün Xüsusi Olimpiya İdman Mərkəzi yaradılıb, Gəncə şəhərində regional dayaq mərkəzi fəaliyyətə başlayıb. Digər infrastruktur layihələr də həyata keçirilməkdədir. Azərbaycan idmançıları Paralimpiya Oyunlarında fəal iştirak edir, yüksək nəticələr göstərirlər. Bizim Olimpiya komandamız Rioda çox yaxşı nəticələr göstərib, 18 medal qazanıb. OlimpiyaParalimpiya oyunlarında Azərbaycan idmançıları, ümumilikdə, 29 medal əldə ediblər. Bu, bir daha göstərir ki, Azərbaycan güclü idman ölkəsidir.

Sədr qeyd edib ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları ölkəmizin bu sahədə əməkdaşlıq siyasətinin göstəricisidir. Ölkəmizdə bu il və gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Azərbaycanda fiziki cəhətdən qüsurlu insanların idmana cəlb edilməsinə və cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib.

O, Azərbaycanda idmanaparalimpiya hərəkatına olan münasibəti yüksək dəyərləndirib. Qeyd edilib ki, Azərbaycanda idmançılar üçün yaradılan şərait, fiziki cəhətdən qüsurlu insanların cəmiyyətdə və idmanda özlərini təsdiqləməsi üçün yaradılan imkanlar çox əhəmiyyətlidir. Qonaq ölkəmizdə müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsini təqdir edib.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2018.-15 noyabr.- S.4.