DSX rəisi Qırğızıstanda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 80-ci iclasında iştirak edib

 

Qırğızıstanın Tokmok şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 80-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Türkmənistanın müvafiq qurumlarının, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Azərbaycanı iclasda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev təmsil edib.

İclasda 2018-ci ildə SQKŞ-nin fəaliyyətinə yekun vurulub, 2016-2020-ci illərdə xarici sərhədlərdə təhlükəsizliyin möhkəmlənməsində MDB ölkələrinin əməkdaşlıq proqramı və transsərhəd cinayətkarlıqla mübarizə üzrə bundan əvvəl qəbul edilən beş dövlətlərarası proqram müzakirə olunub.

Tədbirdə MDB məkanında sərhədlərin təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, 2019-cu ildə qarşıda duran mühüm məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2018.-15 noyabr.- S.4.