Ali Məhkəmədə Avropa
Şurasının nümayəndə heyəti ilə görüş
Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə baş departamentinin insan hüquqları məsələləri üzrə direktoru Kristof Poirelin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 14-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi və Ali Məhkəmənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən söhbət açaraq, beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququna istinad olunduğunu bildirib. Qeyd olunub ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir. Məhkəmə sisteminə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb və bu, təqdir olunur. Azərbaycanda elektron məhkəmə sisteminin yaradılması ilə bağlı işlər davam etdirilir.
Ramiz Rzayev Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayaraq, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra
nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan.-
2018.- 15 noyabr.- S.5.