Dmitri Savelyev: Feyk-xəbərlər yaradılması texnologiyaları getdikcə daha da təkmilləşir

 

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC tərəfindən təşkil olunmuş “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya Forumun ən mühüm sessiyalarından biri idi. Şübhəsiz ki, Forumun əsas hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin “Yeni dünyayeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda nitq söylədiyi açılış mərasimi oldu.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib. O, işçi sessiyanın yüksək səviyyədə təşkilinə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edib.

Bakı Beynəlxalq Humanitar Forumunun bütün dünya üçün əlamətdar hadisə olduğunu vurğulayan Dmitri Savelyev deyib: “Biz görürük ki, bu Forumun nüfuzu ildən-ilə daha da artır, dünyanın hər yerindən görkəmli insanlar bu tədbirdə iştirak etmək üçün Bakıya gəlirlər. Mən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda sessiyada iştirak etdim. Sessiya riyakar kütləvi informasiya vasitələrinin və hətta bəzi dövlətlərin istifadə etdikləri ikili standartlara həsr olunmuşdu. Biz informasiyanın verilməsində KİV nümayəndələrinin mənəvi məsuliyyətinin artırılmasının, informasiyanın sözün həqiqi mənasında dürüstdoğru olmasının zəruriliyindən danışdıq. Hesab edirik ki, informasiya günün hər hansı siyasi konyunkturuna uyğunlaşdırılmamalı, xüsusən də siyasi və dövlətlərarası mübarizə silahı, başqa dövlətlərin alçaldılması vasitəsi olmamalıdır. Təəssüf ki, bu cür vasitələrdən dünya praktikasında yetərincə tez-tez istifadə olunur. Feyk-xəbər adlandırılan xəbərlərin yaradılması texnologiyaları getdikcə daha da təkmilləşir”.

Dmitri Savelyevin fikrincə, cəmiyyətin yanlış məlumatlandırılması planetimizdə sülhə və sabitliyə təhlükə yaradır. O deyib: Bütün dünyanın rəqəmsal dövrə qədəm qoyduğunu, feyk-xəbərlər verilməsi vasitələrinin təkmilləşdiyini və getdikcə daha geniş auditoriyanı əhatə etdiyini nəzərə alsaq, deyə bilərik ki, bu, kütləvi qırğın silahına çevrilir. Biz nüvə, kimyəvi və bioloji silahları kütləvi qırğın silahları hesab edirik, lakin yanlış məlumatlandırma öz dağıdıcılığına görə onlardan heçaz təhlükəli deyil. Sessiya çərçivəsində bu cür dağıdıcı mexanizmlərə qarşı mübarizə məsələlərini müzakirə etdik. Buna görə də bu işçi sessiya Forumun ən mühüm sessiyalarından biri oldu”.

 

Azərbaycan.- 2018.- 15 noyabr.- S.5.