Narkotiklərlə Mübarizə üzrə 36-cı
Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər.
Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuşdur.
Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransın qərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına evsahibliyi edəcəkdir. Belə bir qərarın qəbul olunması ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Ramil Usubov - Azərbaycan Respublikasının
daxili işlər naziri
Təşkilat Komitəsinin
üzvləri
Elmar Məmmədyarov
- Azərbaycan Respublikasının
xarici işlər naziri
Samir Şərifov - Azərbaycan Respublikasının
maliyyə naziri
Oqtay Şirəliyev
- Azərbaycan Respublikasının
səhiyyə naziri
Fikrət Məmmədov
- Azərbaycan Respublikasının
ədliyyə naziri
Ceyhun Bayramov
- Azərbaycan Respublikasının
təhsil naziri
Azad Rəhimov - Azərbaycan Respublikasının
gənclər və idman naziri
Əbülfəs Qarayev -
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Zakir Qaralov - Azərbaycan Respublikasının
baş prokuroru
Səfər Mehdiyev
- Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin sədri
Mədət Quliyev -
Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi
Elçin Quliyev -
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin rəisi
Nuşirəvan Məhərrəmov
- Azərbaycan Respublikası
Milli Televiziya və Radio Şurasının
sədri
Azay Quliyev - Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının sədri,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
Fidumə Hüseynova
- Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun prezidenti
2. Bu sərəncamın
1-ci hissəsi ilə yaradılan Təşkilat
Komitəsi 2019-cu il
16-18 aprel tarixlərində
Narkotiklərlə Mübarizə
üzrə 36-cı Beynəlxalq
Konfransın Bakı şəhərində keçirilməsinə
dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 16 noyabr.- S.2.