Azərbaycan Respublikası
Dövlət Gerbinin təsviri
Azərbaycan
Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə
təsdiq edilmişdir
Maddə 1. Ümumi
təsvir
1.1. Azərbaycan
Respublikasının Dövlət
Gerbi iki palıd budağından və iki sünbüldən
ibarət qövsvarı
çələngin üzərində
yerləşən şərq
qalxanı şəklindədir.
1.2. Qalxanın üzərində Azərbaycan
Respublikası Dövlət
Bayrağının rəngləri
fonunda səkkizguşəli
ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ,
alov qırmızı,
palıd budaqları yaşıl, sünbüllər
sarı, qalxanın və ulduzun sağanaqları, habelə
qalxanın düymələri
(8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı
rəngdədir.
Maddə 2. Rəngli,
rəngsiz və sxematik təsvir
2.1. Azərbaycan Respublikasının Dövlət
Gerbi, ölçüsündən
asılı olmayaraq, onun bu Təsvirə
əlavə edilən
rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun
gəlməlidir.
2.2. Azərbaycan Respublikası Dövlət
Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin “Panton” rənglər
kataloqunun Pantone Red 032C rəng
koduna, palıd budaqlarının yaşıl
rənginin Pantone 7729C rəng
koduna, sünbüllərin
sarı rənginin
Pantone 7548C rəng koduna,
qalxanın və ulduzun sağanaqlarının,
qalxanın düymələrinin
və palıd qozalarının qızılı
rənginin Pantone 111C rəng
koduna uyğunluğu təmin edilir.
Azərbaycan.- 2018.- 16 noyabr.- S.3.