Endrü Parsons: "Paralimpiyaçılara
göstərilən böyük diqqət
və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycanda idmana, o cümlədən paralimpiyaya yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bildirdi ki, ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır. Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışan dövlətimizin başçısı bildirdi ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstərmişlər.
Prezident İlham Əliyev Endrü Parsonsun Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd etdi və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini dedi.
Beynəlxalq
Paralimpiya Komitəsinin prezidenti
Endrü Parsons Azərbaycana
üçüncü dəfə səfər
etdiyini, ötən dövr
ərzində ölkəmizdə böyük
inkişaf proseslərinin getdiyinin
şahidi olduğunu
vurğuladı. O, Prezident İlham
Əliyevin idmana, o
cümlədən paralimpiyaçılara böyük
diqqət və qayğı göstərdiyini qeyd
etdi və bu
münasibətlə beynəlxalq paralimpiya
hərəkatı adından dövlətimizin
başçısına minnətdarlığını bildirdi. Endrü Parsons Azərbaycanda paralimpiyanın
inkişafının bir nümunə olduğunu vurğuladı.
Azərbaycan.-
2018.- 16 noyabr.- S.2.