Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan

 

BSU-nun Türkiyənin Reytinq Akademiyası ilə birgə təşkil etdiyi "Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusuna həsr edilən elmi konfransda dövlət rəsmiləri, səfirlər, paytaxt Bakıda fəaliyyət göstərən bir sıra universitetlərin professorları, təhsil ekspertləri və KİV təmsil olunurdu.

BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbiri açaraq konfransın bu gün üçün çox aktual olan bir problemə həsr edildiyini bildirdi. Xüsusi olaraq qeyd edildi ki, müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyibu gün Prezident İlham Əliyevin böyük əzm və cəsarətlə həyata keçirdiyi məqsədyönlü strategiyanın uğuru sayəsində sosial-iqtisadi sahədə dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib: "Regionlarımızın inkişafı, yeni yerlərinin açılması, mədəniyyət, elm, təhsil, səhiyyə kimi xalqımızın həyatında önəmli əhəmiyyət daşıyan sahələrin yenidən qurulması Azərbaycanın müasirləşməsi deməkdir. Ən ağrılı yerimiz olan Dağlıq Qarabağ probleminin həlli də məhz ölkəmizin bütün sahələrdə inkişafı ilə sıx bağlıdır ki, tezliklə ona da nail olacağıq”.

Azərbaycanın dünyada mövqeyinin ildən-ilə möhkəmləndirildiyinə diqqət çəkən professor onu da xatırladıb ki, artıq bəşəriyyəti maraqlandıran genişspektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrilən ölkəmizin paytaxtı yalnız əsrlərin və mədəniyyətlərin qovuşuğu deyil, həm də bir sıra beynəlxalq humanitar forumların keçirildiyi məkan kimi də tanınır: "Ölkəmizin paytaxtı artıq bir neçə ildir ki, humanitarinteqrativ impulsların yaradılması ilə yanaşı, beynəlxalq səviyyəli çağırışlar da həyata keçirir, sivilizasiyalar arasında körpü rolu oynayır, nəzəri və praktiki bilik mübadiləsini həyata keçirmək məqsədilə konstruktiv debatlara evsahibliyi edir. Beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrı-ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlər buradan səsləndirilir, yayımlanır. Bu il keçirilən VI Beynəlxalq Humanitar Forumu da bəşəriyyət qarşısında təhsilin və elmin insan kapitalının inkişafına istiqamətləndirilməsini, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsini, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin həyat tərzi kimi gerçəkləşdirilməsini, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini prinsipial məsələ olaraq irəli sürmüşdür. Bugünkü konfrans da məhz elm və təhsil sahəsində həmin forumun tövsiyə və tapşırıqlarının mahiyyətindən doğmuşdur”.

Məruzəçi "Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda olan konfransı Azərbaycanın digər xarici ölkələrlə humanitar sahədə qurulan əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirdi.

Milli TeleviziyaRadio Şurasının sədr müavini, "Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxışına başlayarkən dahi Hüseyn Cavidin bəşəriyyətə sülh çağırışı kimi səslənən "Kəssə hər kəs tökülən qan izini, Qurtaran dahi odur yer üzünübeytini xatırladaraq, xalqımızın tarixən multikultural dəyərləri qoruyub saxlaması ilə tanındığını xüsusi vurğuladı. Sona Vəliyeva onu da qeyd etdi ki, dünyada sülhün təbliği mədəniyyət və təhsildən daha çox asılıdır. Buna görə də ölkəmizdə hər iki sahənin inkişafı dünya xalqlarının da marağını kəsb edir və Azərbaycanın nəinki paytaxtını, hətta regionlarında da beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri şəraitin mövcudluğunu nümunə çəkirlər. Bütün bunlar isə dövlətimizin humanitar siyasətinin prioritetlərindəndir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki misilsiz xidmətləri konfrans iştirakçıları tərəfindən də yüksək dəyərləndirildi.

BDU-nun professoru, əməkdar elm xadimi Şahlar Əsgərov, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Türkiyə Cümhuriyyəti Egey Universitetinin professoru Fikrət Türkmən, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Zharinbekova, Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoy, həmin ali təhsil müəssisəsinin dosenti Özge Uysal Şahin və digərlərinin çıxışlarında Azərbaycanın bu gün multikultural dəyərlərin, dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsində göstərdiyi fəallığı önə çəkdilər. Xüsusi olaraq qeyd edildi ki, elmi konfransın əhəmiyyəti olduqca böyükdür. Çünki respublikamızda keçirilən müxtəlif beynəlxalq tədbirlər, istər idman yarışları, istərsə də humanitar forumlar Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricisidir. Bu, eyni zamanda dünyaya bütün istiqamətlərdə olduğu kimi, elm və təhsil sahəsinin də inteqrasiyası deməkdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizin bəşəri ideyalarının gerçəkləşdirilməsi baxımından mühümvacib məsələlərdəndir.

Konfrans iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 16 noyabr.- S.7.