“Torpaq
bazarı haqqında” və “Məcburi köçkünlərin
və onlara bərabər tutulan şəxslərin social
müdafiəsi haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli
1287-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Torpaq bazarı haqqında” və "Məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2018-ci il 12
oktyabr tarixli 1287-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Torpaq bazarı haqqında” və "Məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Torpaq bazarı haqqında” və
"Məcburi köçkünlərin və onlara bərabər
tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2018-ci il
Azərbaycan.
- 2018.- 17 noyabr.- S.5.