“Azərbaycan Respublikası Vergilər Nazirliyi
kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə 195; 2005, ¹ 11, maddə 1049; 2009, ¹ 9, maddə 713; 2013, ¹ 7, maddə 822; 2015, ¹ 2, maddə 146; 2016, ¹ 4, maddə 711, ¹ 10, maddə 1653; 2017, ¹ 2, maddə 213) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının vergilər naziri
Kollegiyanın üzvləri
Azərbaycan Respublikası
vergilər nazirinin birinci müavini
Azərbaycan Respublikası
vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər
naziri
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin
baş direktoru.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 17 noyabr.- S.5.