Cənubi Qafqazın ikinci sənaye şəhəri olan Sumqayıt inkişafının yeni mərhələsini yaşayır

 

İsveçrənin "SİKA AG" şirkətlər qrupuna daxil olan inşaat kimyəviləri zavodunun məhsulları xarici ölkələrə də ixrac ediləcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verdi. Bildirildi ki, 2013-cü ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkında ötən müddətdə intensiv tikinti-quraşdırma işləri aparılıb, köhnə binaqurğular sökülüb, müvafiq infrastruktur yaradılıb.

Zavodun baş direktoru Adəm Yayla Prezident İlham Əliyevə müəssisə haqqında məlumat verdi. İnşaat kimyəviləri zavodu 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub. Struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerjifasad mühəndisliyi sahələri bu şirkətin fəaliyyət istiqamətinə daxildir. Şirkətin məhsullarının əsas tətbiq sahələri kommersiya məqsədli nəqliyyat vasitələri sənayesi, məişət cihazları və sənaye komponentləri, sənaye məqsədli laminasiya, bərpa olunan enerji sənayesi, mexaniki emal və kompozitlər, həmçinin dəniz sənayesidir.

Prezident İlham Əliyev zavodu işə saldı.

2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstanİrana ixracı nəzərdə tutulur. İnşaat kimyəviləri zavodu beynəlxalq miqyaslı İsveçrə şirkətinin yerli təmsilçisi kimi Sumqayıt Kimya Sənaye Parkının 100 faiz xarici kapitallı rezidentidir. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq. Hazırda tikinti məhsullarının istehsalında xammal kimi istifadə edilən "Sikament 300”, "Sikament FF5” və "Sigunit L25” kimi maddələrin Azərbaycana illik idxalı təqribən 800-1000 ton təşkil edir. Bu maddələrin ölkəmizdə istehsal edilməsi idxalı əvəz etməyə imkan yaradacaq, məhsullarda xarici komponentlərdən istifadəni azaldacaq.

 

***

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı ölkənin ilk sənaye parkıdır. Parkın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində olan "Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Sumqayıt Kimya Sənaye Parkının 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 74 faiz məskunlaşma qeydə alınıb. İndiyədək 18 sahibkarlıq subyektinə rezident statusu verilib. Sumqayıt Kimya Sənaye Parkının mövcud rezidentlərinin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır. Bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda mövcud layihələr üzrə istehsalatda və tikintidə 7000-dək işçi çalışır.

Sumqayıt Kimya Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir və bu müəssisələr tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijanbrendi ilə xarici bazarlara ixrac edilir. Belə ki, sənaye parkının ilk rezidentlərindən olan "Azertexnolaynzavodu 2013-cü ildən fəaliyyət göstərir və burada poladpolietilen boru, mexanikihidrotexniki avadanlıqlar istehsal edilir. Müəssisədə 750-dən çox işçi çalışır. 2017-ci ildə müəssisə üzrə 72 milyon manat dəyərində satış həyata keçirilib ki, bunun təqribən 17 milyon manatı ixracın payına düşür. 2018-ci ilin 9 ayında isə zavod 12,6 milyon manat dəyərində məhsul ixrac edib.

Müxtəlif təyinatlı sənaye məhsullarını istehsal edən "STP” MMC 2014-cü ildən fəaliyyət göstərir hazırda burada 2000-dən çox işçi çalışır. 2017-ci ildə "STP” tərəfindən 80 milyon manat, bu ilin 9 ayında isə 64,3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun 2,9 milyon manatlıq hissəsi ixrac olunub.

Sumqayıt Kimya Sənaye Parkının bir sıra digər rezidentləri məhsullarını xarici ölkələrə ixrac edirlər. 2017-ci ildə 4 müəssisə - aşağı, orta yüksək təzyiqə davamlı xortum fitinq birləşmələrini istehsal edən "MST Engineering Services” MMC, yüksək keyfiyyətli sintetik yarımsintetik sürtkü yağları istehsal edən "Alco” MMC, pestisidlər aqro-kimyəvi məhsullar istehsal edən "Aqrokimya Azərbaycan” MMC, məlumatların emalı, qeydə alınması ötürülməsini həyata keçirən "STDC” MMC fəaliyyətə başlayıb. 2018-ci ilin aprelindən elektron təhsil avadanlıqları istehsal edən "Labdisc Azərbaycan” MMC, iyuldan "SOCAR Polymer” MMC-nin polipropilen qurğusu, noyabr ayından şüşə saxsı məmulatlar istehsal edən "ARCHİ Glass” MMC fəaliyyətdədir. Bu ilin sonunadək daha iki müəssisənin - "SOCAR Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen istehsalı karbamid zavodlarının fəaliyyətə başlaması gözlənilir. Bu müəssisələrdə 800-ə yaxın yeni yerinin açılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak torpaq vergilərindən, eyni zamanda, parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar qurğulara görə əlavə dəyər vergisindən gömrük rüsumundan azad olunur. Bu günədək sənaye parkının rezidentləri artıq 255 milyon manat məbləğində vergigömrük rüsumlarından azad olunublar.

 

Azərbaycan.- 2018.-17 noyabr.- S.1-2.