Bolqarıstanın “Agrozona.bg” xəbər portalı Azərbaycanın ixrac missiyası barədə yazır

 

Bolqarıstanda kənd təsərrüfatı ilə bağlı xəbərləri işıqlandıran “Agrozona.bg” xəbər portalı, Azərbaycanın bu ölkədə “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bolqarıstana təşkil edilmiş ixrac missiyası barədə yazır.

AZƏRTAC-ın məlumatına görə, yazıda bildirilir ki, Azərbaycan şirkətləri tərəfindən təqdim olunan məhsullar Bolqarıstan şirkətləri tərəfindən maraqla qarşılanıb. Azərbaycanın “Kaslar” MMC şirkəti ilə Bolqarıstanın “Stil Agro” LTD, “My Day” LLC və “KaPousouz” şirkətləri arasında fındığın ixracına dair ilkin razılıq əldə olunub. “Banu Organic” MMC, “Ayan” MMC, “Sun Food” MMC şirkətləri istehsal etdikləri məhsulların ixracına dair bolqar şirkətləri ilə razılığa gəliblər. Azərbaycanın “Az-Granata” MMC şirkətinin istehsal etdiyi nar şirəsinin Bolqarıstana ixracına dair razılıq əldə edilib.

 

Azərbaycan. - 2018.- 17 noyabr.- S.8.