“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1110-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 19; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 8, maddə 599, ¹ 10, maddə 787; 2005, ¹ 8, maddə 686; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 4, maddə 322; 2009, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 5, maddə 375; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 478; 2013, ¹ 11, maddə 1272; 2017, ¹ 11, maddə 1977; 2018, ¹ 2, maddə 148) 4-cü maddəsinin II hissəsinə "təqsirləndirilən şəxsin müdafiəsi,” sözlərindən sonra "məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

 

Azərbaycan. - 2018.- 18 noyabr.- S.1.