“Standartlaşdırma haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
24-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Standartlaşdırma
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 2, maddə 92; 2001, ¹ 11, maddə 683; 2004, ¹ 2, maddə
57, ¹ 10, maddə 761; 2007, ¹ 10, maddə 938; 2009, ¹ 12, maddə
948; 2014, ¹ 10, maddə 1166; 2017, ¹ 6, maddə 1025; 2018, ¹ 4, maddə
643) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin
5-ci hissəsinin ikinci
abzasında "müvafiq
icra hakimiyyəti orqanında” sözləri
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanda (qurumda)” sözləri ilə əvəz edilsin.
2. 15.1.2-ci maddə
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 18 noyabr.-
S.2.