“Azərbaycan Respublikası
dövlət təhlükəsizliyi və xarici
kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
9-cu bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə
251; 2003, ¹ 12, I kitab, maddə
677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə
213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹
1, maddə 4, ¹ 5, maddə
312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə
174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə
664, ¹ 11, maddələr 1036, 1048, 1061; 2013,
¹ 5, maddələr 460, 478, ¹ 10, maddə 1143, ¹ 12, maddə
1477; 2014, ¹ 6, maddələr 612, 623; 2015, ¹
12, maddə 1447; 2016, ¹ 12, maddələr
1979, 2040; 2017, ¹ 1, maddələr 16, 27, ¹
7, maddə 1311, ¹ 10, maddə
1771; ¹ 11, maddə 1962, ¹ 12, I kitab, maddələr 2242,
2269; 2018, ¹ 2, maddə 168, ¹ 3, maddə 387, ¹ 5, maddələr
841, 859, 874, ¹ 6, maddə 1190) 2-ci maddəsində "Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanlarının
95 illiyi (1919-2014)” yubiley
medalı;” hissəsindən
sonra aşağıdakı
məzmunda yeni hissə əlavə edilsin:
"Azərbaycan
Respublikası dövlət
təhlükəsizliyi və
xarici kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019)” yubiley medalı;”.
Maddə 2. "Azərbaycan Respublikası
dövlət təhlükəsizliyi
və xarici kəşfiyyat orqanlarının
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Azərbaycan Respublikası
dövlət təhlükəsizliyi
və xarici kəşfiyyat orqanlarının
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsviri”
təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 18 noyabr.- S.3.