“Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
12 oktyabr tarixli 1280-VQD
nömrəli Qanununun tətbiqi və “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli
593 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. "Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun
2.0.2-ci maddəsinə uyğun
olaraq Azərbaycan Respublikasının Silahlı
Qüvvələrindən əlavə
hərbi xidmət nəzərdə tutulmuş
digər dövlət
orqanlarının (dövlət
orqanlarının strukturuna
daxil olan qurumların) siyahısı
ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
"Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 2, maddə
82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə 831, ¹ 11, maddə
1320; 2016, ¹ 6, maddə 1034, ¹ 10, maddə 1612; 2017, ¹ 12, maddə
2294) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1.8-ci yarımbənd
ləğv edilsin;
3.2. 5.1-ci bənddə
"12.3-cü maddəsində” sözləri "2.0.2-ci və
12.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;
3.3. 5.2-ci bənddən
"11.1-ci, 11.4-cü,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 18 noyabr.-
S.2.