“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD
nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (II kitab), maddə
259, ¹ 3, maddə 460, ¹ 4, maddə
670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə
1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2,
maddələr 176, 202, ¹ 3, maddə
351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr
1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12
(I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr
418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918,
926, 955, ¹ 6, maddə 1243, ¹ 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, ¹ 8, maddə 1697) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 4.1-ci bəndə
"adlarında” sözündən
sonra ", 538-1.4 - 538.1.6” rəqəmləri
əlavə edilsin;
3.2. 4.41-ci bənddən
"və 538-1.4 - 538-1.6-cı” sözləri çıxarılsın;
3.3. aşağıdakı
məzmunda 4.41-1-ci bənd
əlavə edilsin:
"4.41-1. həmin
məcəllənin 538-1.4 - 538.1.6-cı maddələrində "qurum”
dedikdə "Azərbaycan
Akkreditasiya Mərkəzi”
publik hüquqi şəxs nəzərdə
tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 18 noyabr.- S.3.