“Azərbaycan Respublikası
dövlət təhlükəsizliyi və xarici
kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
30 oktyabr tarixli 1290-VQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikası dövlət
təhlükəsizliyi və
xarici kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının
yubiley medalının
təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1290-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikası dövlət
təhlükəsizliyi və
xarici kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının
yubiley medalının
təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası
dövlət təhlükəsizliyi
və xarici kəşfiyyat orqanlarının
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi ilə əlaqədar "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1290-VQD nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
dövlət təhlükəsizliyi
və xarici kəşfiyyat orqanlarının
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində
"müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti və Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti nəzərdə
tutulur.
4. "Azərbaycan
Respublikası dövlət
təhlükəsizliyi və
xarici kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının
yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin və Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin rəislərinə
verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 18 noyabr.- S.3.