“Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Bələdiyyələrin
maliyyəsinin əsasları
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 12, maddə 690; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə
242; 2004, ¹ 4, maddə 202; 2005, ¹ 2, maddə 62; 2007, ¹ 11, maddə
1082; 2010, ¹ 3, maddə 173; 2011, ¹ 12, maddə 1075; 2015, ¹ 2, maddə
86; 2016, ¹ 11, maddə 1779; 2017, ¹ 5, maddə 708, ¹ 7, maddə
1270; 2018, ¹ 1, maddə 21) 8-ci maddəsinin 2-ci bəndinin
üçüncü abzasında
"Bələdiyyələrin ərazisində” sözləri
"Bələdiyyələrin ərazisində qəbiristanlıqların
salınması, saxlanılması,
qorunması, idarə olunması, abadlaşdırılması
və bələdiyyələrin
ərazisində” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 20 noyabr.-
S.5.