Belarusda Ticarət Evinin
açılması ticarətin şaxələndirilməsinə
töhfə verir
Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısına Ticarət Evində yaradılan şərait barədə məlumat verildi.
Minskdə Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında açılıb. Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin
noyabrında ölkəmizə
rəsmi səfəri
zamanı Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevlə
müzakirə olunan bir sıra məsələlərlə
yanaşı, qısa
müddət ərzində
hər iki ölkə arasında əmtəə dövriyyəsinin
artırılması, Azərbaycanın
idxalında Belarus məhsullarının
payının çoxaldılması,
Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və
emal sənayesi məhsullarının Azərbaycandan
idxal olunması barədə tapşırıqlar
verilib. Həmin tapşırıqların icrası
olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi tərəfindən
Belarus Respublikasının paytaxtı
Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə
"Azərbaycan Ticarət
Evi” MMC yaradılaraq
Belarus Respublikasında dövlət
qeydiyyatına alınıb.
Azərbaycan Ticarət
Evi "Made in Azerbaijan” brendinin
Belarus bazarında daha
çox tanıdılması,
Azərbaycan məhsullarının
ixracının təşviqi
və genişləndirilməsi
sahəsində fəaliyyət
göstərir, Belarusda
satışını təşkil
edir, bu sahədə əlaqələndirməni
həyata keçirir.
Ticarət Evində daimi
fəaliyyət göstərən
sərgidə Azərbaycanın
30 şirkətinin istehsal
etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin "ASAN” və
"ABAD” stendləri də
ziyarətçilərə təqdim edilir. Bundan əlavə, Azərbaycandan başqa, beş ölkədə
fəaliyyət göstərən
informasiya texnologiyaları
şirkəti "Caspel”in
nümayəndəliyinin stendi
də sərgidə nümayiş olunur.
Bu Ticarət
Evinin açılması
iqtisadi əlaqələrin,
investisiya əməkdaşlığının
genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə
töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində
mühüm rol oynayır, Azərbaycan məhsullarının heç
bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl
imkan yaradır.
Yaradılan şəraitlə
tanış olan dövlətimizin başçısı Azərbaycan
Ticarət Evinin fəaliyyətinə uğurlar
arzuladı.
Sonda
xatirə şəkilləri çəkdirildi.
Azərbaycan.- 2018.- 20 noyabr.- S.2.