Azərbaycan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edir

 

Noyabrın 19-da Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi birgə təşkil edib.

Sessiyanın açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi xanım Aşita Mattal, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.

Sessiyaya üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, müşahidəçi dövlətlərdən Fransaİtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.

Sessiyanın açılış mərasimindən əvvəl BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasının iştirakçıları noyabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn beynəlxalq tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sessiyanın açılış mərasimində Baş nazirin müavini Əli Həsənov bildirib ki, müasir inkişaf dövrü narkotiklərin qanunsuz dövriyyəsinin qloballaşması ilə səciyyələnir. Dünyada geniş vüsət almış iqtisadi inteqrasiya, ticarət və nəqliyyat əlaqələrinin genişlənməsi prosesləri dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur.

O qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin bəşəriyyət üçün təhlükəliliyi milli, eləcə də beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiq edilməsini zəruri edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub, ölkədə milli hüquqi baza yaradılıb.

Baş nazirin müavini bu problemlə əlaqədar Prezident İlham Əliyev tərəfindən 13 fərman və 54 sərəncam verildiyi, 36 qanun, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbul edildiyini diqqətə çatdırıb.

O vurğulayıb ki, Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçilik, siyasiiqtisadi müstəqillik daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı və modernləşməsi təmin edilib, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında layiqli yer tutub.

Hazırda müasir nəqliyyat infrastrukturuna malik Azərbaycanın beynəlxalq yük daşımalarında Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrildiyini diqqətə çatdıran Ə.Həsənov, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problemin xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlı olduğunu bildirib.

Daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərindən bəhs edən Baş nazirin müavini Azərbaycan hüquq-mühafizə orqanlarının əldə etdiyi nailiyyətlər, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsinin nəzarətsiz zonaya çevrilməsi, nəticədə işğal edilən ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axınının həyata keçirilməsi, bu ərazilərdə ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması barədə məlumat verib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin beynəlxalq ictimaiyyəti narahat edən mühüm problemlərdən biri olduğunubu problemin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda vəsait əldə edilirbu istiqamətdə həyata keçirilən mübarizə tədbirləri uzunmüddətli, çoxşaxəli və geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir.

S.Mehdiyev bildirib ki, Azərbaycan Respublikasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsaslı mübarizə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra, ümummilli lider Heydər Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq başlayıb. Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları, həmçinin bir sıra normativ-hüquqi aktlar Azərbaycan Respublikasında narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-ninNarkotik vasitələr haqqında”, “Psixotrop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulub, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb.

Komitə sədri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonların ərazisindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə olunduğunu bildiribBMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyasının iştirakçılarının bu məsələyə xüsusi diqqət göstərməsinin vacibliyini vurğulayıb.

Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik Azərbaycan Gömrük Xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm addımlar atdığını da diqqətə çatdıran komitə sədri, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hədəflərin idarə olunması sistemininmobil qrupların yaradıldığını, bacarıqlı və bilikli kadrların işə cəlb olunduğunu, müasir texnika və avadanlıqlardan geniş şəkildə istifadə edildiyini bildirib.

Məlumat verilib ki, görülən işlərin nəticəsi olaraq 2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə regional və beynəlxalq əlaqələrin genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsininin ümumi işə mühüm töhfə verdiyi vurğulanıb.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycanda təsis edilmiş - Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional OfisiRegional Kinoloji Mərkəzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mütəmadi olaraq regional və beynəlxalq tədbirlər keçirilir, bu tədbirlər həm Azərbaycanın, həm də region ölkələrinin gömrük əməkdaşlarının potensialının gücləndirilməsində mühüm rol oynayır.

S.Mehdiyev Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən də bəhs edibburada hazırlanan xidməti axtarış üzrə təlim keçmiş itlərin bir sıra ölkələrin müvafiq qurumlara hədiyyə edildiyini bildirib.

Komitə sədri 53-cü sessiyanın narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlığın genişləndirilməsinə, mübarizə üsullarının təkmilləşdirilməsilə bağlı beynəlxalq miqyasda bilik və təcrübə mübadiləsinə imkan yaradacağına və dayanıqlı ideyaların işlənib hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi xanım Aşita Mittal tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildiribmövcud imkanlardan istifadə edərək bilik və təcrübələri bölüşməklə, regional əməkdaşlığı gücləndirməklə mütərəqqi ideyaların ortaya çıxacağını vurğulayıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək işlər, sessiyada müzakirə olunacaq məsələlər barədə də məlumat verən A.Mittal tədbirin qarşıdakı məqsədlərə nail olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra sessiya başlayıb.

Sessiyada regionalsubregional əməkdaşlığın hazırkı vəziyyəti, alt komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsi barədə 60/1 qərarının icrası, alt komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarəti ilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, “darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə, sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması; hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə də baxılacaq.

Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.

Sessiya noyabrın 23-dək davam edəcək.

 

Azərbaycan.- 2018.-20 noyabr.- S.5.