Azərbaycan ilə Türkiyə arasında strateji işbirliyi gündən-günə  möhkəmlənir   

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlərin əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd etdi bu görüşlərin ölkələrimizi bir-birinə daha da yaxın etdiyini bildirdi. Prezident İlham Əliyev bildirdi ki, bu il Bakıda Türkiyə zabitlərinin iştirak etdiyi iki hərbi paradın keçirilməsi, xüsusilə Bakının işğaldan azad edilməsi ilə bağlı təşkil edilmiş hərbi parad bütün dünyada böyük maraqla izlənilib bu tədbirlər bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirib. Dövlətimizin başçısı hərbi sahədə əməkdaşlığımızın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Azərbaycana səfərindən Prezident İlham Əliyevlə görüşdən böyük qurur hissi keçirdiyini bildirdi. Yaşar Güler qeyd etdi ki, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə malikdirlər ölkələrimiz arasında strateji birliyi gündən-günə möhkəmlənməkdədir. O, bir daha Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik etdi bu əlamətdar hadisədən Türkiyənin qürur hissi keçirdiyini vurğuladı. Yaşar Güler Azərbaycanın gələcəkdə böyük inkişafa nail olacağına əminliyini ifadə etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaşar Güler qeyd etdi ki, bu, Azərbaycan üçün önəmli olduğu qədər Türkiyə üçün önəmli məsələdir.

Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd edildi.

Sonda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

 

Azərbaycan.- 2018.-21 noyabr.- S.1-2.