B.H.Salayevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2018-ci il

 

Azərbaycan. - 2018.- 21 noyabr.- S.2.