Azərbaycan BMT-nin Sivilizasiyalar
Alyansı ilə əməkdaşlığı davam etdirir
Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Alyansın dünya miqyasında həyata keçirdiyi fəaliyyətlər, xüsusilə Prezident İlham Əliyevin "Bakı prosesi” təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılıb.
Nasir Əbdüləziz Əl-Nasir ölkə rəhbərliyinin bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirdiyini, tərəfdaşlığın əhəmiyyətini, eləcə də 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun beynəlxalq səviyyədə müsbət əks-səda yaratdığını qeyd edib.
Nazir Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə
keçiriləcək 5-ci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin
başlanıldığını və forumun
işində BMT-nin Sivilizasiyalar
Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə
çatdırıb.
Azərbaycan.-
2018.-21 noyabr.- S.7.