“Notariat
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Notariat
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi:
2.1. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci
maddəsinin on birinci hissəsinə uyğun olaraq, xüsusi notarius tərəfindən
müraciət edən
şəxslərin xahişi
ilə notariat hərəkətlərinin iş
vaxtından sonra, istirahət və ya bayram günlərində
aparılması qaydasını
üç ay müddətində
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. həmin
qanunun 25-ci maddəsinin
on ikinci hissəsinə
uyğun olaraq, notariat ofisinə gəlmədən əvvəlcədən
verilmiş bildiriş
üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində
notariat hərəkətlərinin
aparılmasına görə
haqqın məbləğinin
xüsusi notariuslar tərəfindən müəyyən
edilməsi meyarlarını
üç ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Notariat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci
maddəsinin on birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin qanunun 3-cü maddəsinin
səkkizinci hissəsində
(ikinci halda), 4-cü maddəsinin beşinci hissəsində, 7-ci maddəsinin
birinci, ikinci, dördüncü hissələrində,
7-1-ci maddəsinin birinci,
ikinci, dördüncü
hissələrində, 10-cu maddəsinin üçüncü,
altıncı, yeddinci
hissələrində, 14-cü maddəsinin yeddinci hissəsində, 16-cı maddəsinin
üçüncü hissəsində,
20-ci maddəsinin ikinci
hissəsində, 22-ci maddəsinin
ikinci hissəsində,
24-cü maddəsinin birinci,
ikinci (hər iki halda), dördüncü
(birinci halda), beşinci və altıncı (hər iki halda) hissələrində,
25-ci maddəsinin birinci,
ikinci, dördüncü,
altıncı, yeddinci,
on birinci, on ikinci hissələrində, 25-1-ci maddəsinin
birinci hissəsində,
üçüncü hissəsinin
birinci və ikinci cümlələrində,
doqquzuncu hissəsində,
26-1-ci maddəsinin birinci
hissəsində, ikinci
hissəsinin birinci və üçüncü
cümlələrində, üçüncü,
beşinci hissələrində,
26-2-ci maddəsinin dördüncü
hissəsində, altıncı
hissəsinin 1-ci və
4-cü bəndlərində, yeddinci, doqquzuncu, onuncu hissələrində,
32-ci maddəsinin onuncu,
on birinci (ikinci halda) hissələrində,
33-cü maddəsinin beşinci
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
həyata keçirir;
3.3. həmin
qanunun 24-cü maddəsinin
dördüncü hissəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikası Vergilər
Nazirliyinin yerli qurumları həyata keçirirlər;
3.4. həmin
qanunun 33-cü maddəsinin
birinci və ikinci hissələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini yerli
icra hakimiyyəti başçısının inzibati
ərazi dairələri
üzrə nümayəndələri
həyata keçirirlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 noyabr
2018-ci il
Azərbaycan. - 2018.- 22 noyabr.- S.3.