Moskvada MDB dövlətlərinin təhlükəsizlik
şuraları katiblərinin altıncı görüşü
keçirilib
Noyabrın 21-də Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Görüşün gündəliyinə Əfqanıstan İslam Respublikasındakı vəziyyət, həmin ölkədə fəaliyyət göstərən terrorçu təşkilatların MDB-nin üzvü olan dövlətlərin təhlükəsizliyinə törətdiyi təhdidlər, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq, MDB məkanında bioloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər daxil olunmuşdu.
Tədbir çərçivəsində, həmçinin informasiya və kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması sahəsində təşəbbüslər, faşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi və bir sıra digər məsələlərə dair məruzələr dinlənilib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib, müzakirə olunan sahələr üzrə Azərbaycan Respublikasının müsbət təcrübəsi barədə məlumat verib.
Prezident
Administrasiyasının rəhbəri Ramiz
Mehdiyev, həmçinin Rusiya
Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus
Respublikası Təhlükəsizlik Şurasının
dövlət katibi Stanislav
Zas ilə təhlükəsizliyin təmin
edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini
müzakirə edib.
Azərbaycan.-
2018.- 22 noyabr.- S.4.