Bahar Muradova: “Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin
növbəti uğurudur”
Belarusa rəsmi səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Azərbaycanın və Belarusun strateji tərəfdaşlar olduğunu xatırladan Bahar Muradova qeyd edib ki, dövlətlərimiz bir çox vacib məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Bir çox məsələlərdə mövqe birliyi var. Bu səfər zamanı da bildirildi ki, hər iki dövlət bir-birinin maraqlarını qarşılıqlı şəkildə bütün müstəvilərdə qoruyur. Bunun nümunələri bu günə qədər göstərilib.
Milli Məclisin
sədr müavini deyib
ki, bu səfər həm
müzakirə olunan məsələlər,
həm imzalanan sənədlər, həm
də hər iki prezidentin
verdiyi bəyanatın ruhu
ilə diqqəti cəlb etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o
cümlədən digər bu kimi münaqişələrin beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi
bütövlüyü və suverenliyi prinsipləri əsasında həll
olunmasının vacibliyinin
vurğulanması onu göstərir ki, getdikcə dünyada
bu mövqeni dəstəkləyən
ölkələrin sayı çoxalır. Azərbaycan və
Belarus da bu kimi məsələlərdə
öndə gedən dövlətlərdir. Eyni
zamanda, xalqlarımızın, müvafiq dövlət qurumlarımızın
yaxşı münasibətlərinin, o
cümlədən prezidentlərimizin möhkəm dostluğunun əlaqələrə çox müsbət təsir göstərdiyinin
şahidi oluruq.
Azərbaycan.-
2018.- 22 noyabr.- S.5.