ADA Universiteti beynəlxalq mükafata layiq görülüb
ADA Universiteti
akademik xidmətlərinin
elektronlaşmasında beynəlxalq
mükafata layiq görülüb.
Universitetdən AZƏRTAC-a bildirilib
ki, mükafatlandırma
mərasimi ali
təhsil müəssisələrinin
idarəetməsində informasiya
texnologiyaları və
elektron xidmətlər
sahəsində aparıcı
beynəlxalq şirkət
olan "Ellucian”ın
Dubayda dünyanın
500-ə yaxın universitetinin
nümayəndəsinin iştirak
etdiyi illik konfransında keçirilib.
Azərbaycanın ali təhsil müəssisəsi "İnnovasiya”
mükafatını "Tələbələrə
xidmət” nominasiyasında
alıb. Beynəlxalq mükafat ADA Universitetinin
xidmətlərinin elektronlaşmasında
"MyADA” sisteminin tətbiqi layihəsinin rəhbəri Rövşanə
Səmədovaya təqdim
edilib.
ADA Universiteti
qəbul etdiyi onillik strateji planına uyğun bütün xidmətlərinin
elektronalşmasını aparır. İlkin
mərhələdə akademik
xidmətlərə üstünlük
verilərək 2016-2017-ci tədris
ilində dünyanın
aparıcı 1400 universitetinin
istifadə etdiyi
"Banner”, tələbə məlumatı sistemi əsasında "MyADA” sistemi işlənilib tələbələrin istifadəsinə
verilib. Daha sonra "Blackboard” tədrisin idarəedilməsi
sistemi tətbiq olunaraq tələbə-müəllim
təmasları daha da genişləndirilib.
Hazırda ADA Universitetinin
tələbələri ali təhsil ocağına sənədvermə
mərhələsindən tutmuş
məzun olana qədər öz akademik statusları, dərsləri, hesabları,
universitetin bütün
xidmətlərinə dair
məlumatı şəffaf
və ani şəkildə əldə
edirlər. Bu, onların vaxtlarının
və resurslarının
daha səmərəli
istifadəsi və daha uğurlu olması ilə nəticələnir. İnnovativ sistemlərin
tətbiqi, eyni zamanda, ADA Universitetinə öz struktur və əməliyyatlarını
təhlil edib sadələşdirməyə və
müasir beynəlxalq
təhsil standartlarına
uyğunlaşdırmağa imkan yaradır.
ADA Universitetinin rektoru Hafiz Paşayev mükafatı şərh
edərkən bildirib:
"Ölkə rəhbərliyinin
prioritet istiqamət kimi elan etdiyi
dövlət xidmətlərinin
elektronlaşmasına uyğun
şəkildə, ali
təhsil ocağımızda
son iki ildə kommunikasiya sahəsində
yeniliklər həyata
keçirilir. Digər sahələrdə
olduğu kimi, təhsil
sahəsində də açıq idarəçilik və informasiya əldəetmə
azadlığının təmin olunması tələbələrin
akademik nailiyyətlərinə müsbət
təsir göstərir”.
Azərbaycan.- 2018.- 22 noyabr.- S.6.