Yüksəliş və quruculuq ünvanı

 

Bu gün 69 yaşı tamam olan Sumqayıt Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir

 

Tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrətini gündən-günə artıran Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. Sovet hökumətinin Abşeron yarımadasında növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək 39-40-cı illərdə burada Sintetik Kauçuk, Boru yaymaKimya zavodlarının bünövrəsi qoyulur. 1941-ci ildə istilik elektrik stansiyası işə salınır. 1944-cü ildə kimyametallurgiya zavodları tikilir. 1949-cu ildə isə Sumqayıta şəhər statusu verilir. Bununla da müasir Sumqayıtın şəhər kimi tarixi başlayır. Bu gün həmin tarixdən 69 il ötür

 

Heydər Əliyevin hər səfəri böyük tarixi hadisəyə çevrilirdi

 

Sumqayıtın inkişaf tarixində bir sıra əlamətdar hadisələr var. Bu sırada şəhərin müəyyən dövrlərdə əsl tikinti meydanını xatırlatması xüsusilə diqqəti çəkir. Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində şəhərə yeni nəfəs verilir. Azərbaycana birinci rəhbərliyi illərində sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayesinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olmuşdur.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin ediləndə Sumqayıtda əsas etibarı ilə metallurgiyakimya müəssisələri var idi. Bir il sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə bu şəhərdə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal müəssisələri istismara verildi. Ümumiyyətlə, 1969-82-ci illərdə ulu öndərin rəhbərliyi altında Sumqayıtda bir çox müəssisələr istifadəyə verilmişdir. Bunlardan Kompressorlar zavodunu, Üst trikotajXovlu İplik fabriklərini, SüdYeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyli adına "Kimyaçılar” mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.

Məhz 70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. Dünyanın demək olar ki, əksər ölkələrinə ixrac olunan şəhər sənayesi məhsullarının keyfiyyəti və müəssisələrin əsaslı tikintisinin gedişi ilə maraqlanan, tez-tez məlumatlar alan ölkə rəhbəri Sumqayıtı daim öz nəzarəti altında saxlayır, onun ortaya çıxan bütün problemlərini operativ həll edirdi. Bu diqqət və qayğının nəticəsi idi ki, 70-ci illərdə Sumqayıtda hər il 80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz ümummilli liderin o dövrdəki məqsədyönlü siyasətinin bəhrələridir.

1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar ulu öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq bu cür inkişaf edirdi. Ən əsası respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi. Sakinləri isə yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər Birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı.

Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər öz fəaliyyətini dayandırmış ya az güclə işləməyə başlamışdı. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü il dekabrın 18-də ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmiş, şəhərimizdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix muzeyində olmuş, "Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdi. Ulu öndərin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermiş, qurub yaratmağa yüksək həvəs, gələcəyə böyük inam yaranmışdır. Bundan sonra Heydər Əliyev 5 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bu səfərlər ulu öndərin Sumqayıta və sumqayıtlılara böyük diqqətinin təzahürü idi.

 

Şəhərin yüksəlişinə yol açan 20 səfər

 

Ümummilli liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə bu idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni yerləri açılsın, Sumqayıt yenidən iqtisadikadr potensialı ilə seçilən bir şəhərə çevrilsin.

Son 15 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Çünki Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin əsas hədəflərindəndir. Bu gün Sumqayıt Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını duyurhiss edir. Bunu Prezident İlham Əliyevin son 15 ildə Sumqayıta 20 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlanının həyata keçirilməsinə təkan verib.

Bu illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası nəticəsində ölkənin makroiqtisadi gostəricilərində şəhərimizin xüsusi çəkisi yuksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsalemal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.

 

Modern sənaye mərkəzi

 

Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu istiqamətdə inamla irəliləyir. Ona görə, əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimyaneft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyintiyüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir.

Son 10 ildə gücü 525 MVt olan Elektrik Stansiyası, "Sumqayıt-3” yarımstansiyası tikilmiş, "Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "AzgüntexZavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida” Aqrar-Sənaye Kompleksi, "Azərsun Holdinqin kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "GilanTekstil Parkı, Mis Emalı Zavodu, "Alyans TekstilMMC-nin uniformalar istehsalı fabriki, "AzkontaktMMC-nin beton borubeton döşəmə daşı istehsalı, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, "TabaterraQSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortumfitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, "Azərtexnolayn” MMC-nin poladpolietilen borular, mexanikihidrotexniki avadanlıqlar istehsalı zavodları, "Aqrokimya Azərbaycan” MMC tərəfindən pestisidlər istehsalı zavodu, "SOCAR Polimer” layihəsi çərçivəsində polipropilen zavodu istifadəyə verilmişdir.

Noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında Prezident İlham Əliyev Sumqayıtın sənaye şəhəri kimi bundan sonra da uğurla inkişaf edəcəyini bildirib: "Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, "ASAN xidmət” mərkəzi, Olimpiya Kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik”.

Təsadüfi deyil ki, şəhərdə ümumi daxili məhsul buraxılışı 2003-cü ilə nisbətdə 2017-ci ildə 9,5 dəfə, sənaye məhsulunun həcmi 9,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 20 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 20 dəfə artmışdır. Bu ilin yanvar-oktyabr ayları ərzində isə ÜDM buraxılışı 1,6 milyard manat, sənaye müəssisələrində məhsul istehsalı 1,1 milyard manat təşkil edib. Onu da qeyd edim ki, yeni müəssisələrin yaradılması nəticəsində Sumqayıtda 2003-2017-ci illər ərzində 61880-i daimi olmaqla, 78620 yeni yeri açılmışdır.

 

Dünyanı heyran qoyan şəhər

 

Prezident İlham Əliyevin Sumqayıta hər səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların, sərəncamların icrası və həyata keçirilən genişmiqyaslı tədbirlər sənayedə olduğu kimi, həm də tikinti, abadlıq və quruculuq sahəsində də əsaslı dönüş yaradıb. Ölkə rəhbərinin tövsiyələri, tapşırıqları və dəstəyi sayəsində Sumqayıtda abadlıq, quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərti ilə irimiqyaslı layihələr icra olunub. Xüsusilə Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən başlayaraq abadlıq, quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılıb və qısa müddətdə uğurla başa çatdırılıb. Bunlardan biri şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə çatdırılmasıdır. Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də 7,5 kilometr uzunluğunda yenidən qurulub, yolun eni 13 metrə çatdırılıb. Corat qəsəbəsindən keçən hissədə sakinlərin istirahəti üçün park salınıb.

Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuşdur. Binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, iki fəvvarə və monitor quraşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda yeni yaşıllıq zolağı salınıb, rəngli fəvvarələr kompleksiBayraq Meydanı tikilibuşaqlar üçün əyləncə mərkəzi inşa olunub.

Heydər Parkında sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib, önündə ulu öndərin mərmərdən heykəli ucaldılıb. Mərkəzdə onun həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, fotovideostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir.

Parkda müasir memarlıq üslubunda sahəsi 2950 kvadratmetr olan 735 yerlik 3 mərtəbəli uşaq incəsənət məktəbi tikilib. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərir. Burada 700-dən çox şagird təhsil alır və 200-dən artıq müəllim çalışır. Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli şahmat məktəbi də tikilibmüasir avadanlıqla təchiz edilib.

Sumqayıt dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən dənizkənarı bulvardır. Ötən il Madriddə Parisdə keçirilən "Global Trade Leaders Club”un forumlarında Sumqayıtın yeni salınmış bulvarı "İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.

Şahmat məktəbi, Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq Muzeyi, "Asan xidmətmərkəzi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolunda Bayraq Meydanı, Paraolimpiya Olimpiya idman kompleksləri, əlillərin bərpa mərkəzi, şəhər prokurorluğunun binası da Sumqayıtın son illərdəki yeni ünvanlarıdır. Bunlardan başqa son illərdə Sumqayıtın Tarix muzeyi, Cümə məscidi, mərkəzi xəstəxana, "KimyaçılarMədəniyyət Sarayı, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları, 7650 şagird yerlik 8 məktəb binası, General M.Əsədov adına 1176 şagird yerlik gimnaziya əsaslı təmir edilib. Həmçinin əlillərin bərpa mərkəzi, əlil şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası tikilmiş, 600-dən artıq çoxmənzilli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, 1660 şagird yerlik 5 məktəb binası, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin tədris korpusu tikilmişdir.

Prezident İlham Əliyevin yaxından köməyi sayəsində son illərdə istismar müddəti ötmüş 305 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunmuş, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılmışdır. 82 ədəd lift "onlaynrejimdə işləyən intellektual idarəetmə sisteminə - Mərkəzləşdirilmiş Dispetçer xidmətinə qoşulmuşdur. Hazırda digər liftlərin bu xidmətə qoşulması istiqamətində işlər aparılır.

Son səfərindən sonra Prezident İlham Əliyevin Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 5 milyon manat, avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı ilkin olaraq 1,5 milyon manat ayırması şəhərimizdə abadlıq quruculuq işlərinin sürətlə həyata keçirilməsinə yol açacaq. Sumqayıt ictimaiyyətinin nümayəndələri bütün bunlara görə, cənab Prezidentə sonsuz minnətdarlıqlarını bildirir, abadlıq və quruculuq işləri üçün yeni vəsait ayrılmasını şəhərimizin inkişafına diqqət və qayğısının təzahürü kimi qiymətləndirirlər.

Hazırda möhtərəm Prezidentin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 ailənin və Stansiya Sumqayıt yaxınlığında 1000 ailənin köçürülməsi üçün yeni yaşayış binaları inşa edilir.

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə görülən işlər nəticəsində Sumqayıt həm gözəlləşib, həm də şəhərimizdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun onilliklər sumqayıtlılara ən yüksək standartlar çərçivəsində xidmət edəcək. Cənab Prezidentin qayğısı və diqqəti isə bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir. Bu xoş gündə dövlətimizin başçısını bir daha əmin edirik ki, qarşımızda dayanan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışacağıq.

 

Zakir FƏRƏCOV,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

 

Azərbaycan. - 2018.- 22 noyabr.- S.1; 8.