Qurbanqulu Berdiməhəmmədov: "Xalqlarımızın qədim,
zəngin mənəvi ənənələri var"
Noyabrın 22-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə
təkbətək görüşü
olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Türkmənistan Prezidenti
Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:
-Hörmətli İlham Heydər oğlu.
İcazə verin, bizim dəvətimizi
qəbul etdiyinizə və qardaş qonşu ölkəyə
- qonaqpərvər Türkmənistana
rəsmi səfərə
gəldiyinizə görə
Sizə dərin minnətdarlığımı bildirim. Sizin nümayəndə heyətinin üzvlərinə
təşəkkür edirik.
Bildiyiniz kimi, Türkmənistan və Azərbaycan xalqlarının qədim,
zəngin mənəvi
ənənələri olub. Yəni, biz həmişə,
bütün dövrlərdə
çox böyük potensiala və imkanlara malik olmuşuq. Sevindirici haldır ki,
həm Türkmənistan,
həm də Azərbaycan müasir mərhələdə həmin
potensialdan istifadə edir. Biz bunu
siyasi arenada, iqtisadi məsələlərimizdə,
bir sıra başqa sahələrdə
görürük. Bu baxımdan bizim güclü ehtiyatımız
var. Biz bu ehtiyatdan həm xalqlarımızın
rifahı naminə, həm də regional və beynəlxalq səviyyədə istifadə
edə bilərik.
Ən başlıcası odur ki, biz bütün bunlardan istifadə edirik. Biz Birləşmiş
Millətlər Təşkilatı
kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik.
Vurğulamaq istərdim ki,
bu gün Türkmənistan və Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərini həyata
keçirir. Bizdə təkcə
regionda deyil, bütün dünyada sabitlik və təhlükəsizlik kimi
məsələlərə ortaq münasibət var. Onu demək istərdim ki, biz öz imkanlarımızı
nəzərə alaraq
regional və beynəlxalq
səviyyədə iqtisadiyyat
və iqtisadi inteqrasiya sahələrində
əməkdaşlıq potensialından
istifadə edə bilərik. Buna görə
biz əlbəttə ki,
Sizin səfərinizə
çox böyük əhəmiyyət veririk.
Artıq
qeyd etdiyim kimi, bizim çox
yaxşı imkanlarımız
var. Bizim köklərimiz,
tariximiz, mentalitetimiz, milli xüsusiyyətlərimiz
ortaqdır. Biz çox haqlı olaraq vətənpərvərlik
göstərir, bu dəyərlərin böyüməkdə
olan nəslə ötürülməsi işinə
incəsənət xadimlərini,
yaradıcı ziyalıları
cəlb edirik.
Gördüyünüz kimi, bu gün təkcə
Sizinlə bizim aramızda, iki dövlət arasında deyil, həm də region və dünya miqyasında çox iş görülür. Buna görə fürsətdən
istifadə edib Sizə təşəkkürümü
bildirmək istərdim,
ilk növbədə, ona
görə ki, Siz Türkmənistan ilə Azərbaycan arasında dostluq tellərinin möhkəmlənməsinə
böyük şəxsi
töhfə verirsiniz.
Sizə ali
dövləti fəaliyyətinizdə
böyük uğurlar
diləyir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.
Bu gün Sizi
burada görməyə
bir daha şadıq. Xoş gəlmisiniz.
***
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Sağ olun, hörmətli cənab Prezident.
Mən, ilk növbədə, qardaş
Türkmənistana səfərə
dəvətə görə
Sizə təşəkkür
etmək istərdim. Dünən
Sizin torpağa qədəm qoyduğum andan özümü öz evimizdəki kimi hiss edirəm. Bu, qardaş türkmən xalqının qonaqpərvərliyi,
şəxsən Sizin qonaqpərvərliyiniz
sayəsindədir.
Azərbaycanda Sizi ölkəmizin böyük dostu kimi tanıyırlar. Siz ölkələrimiz arasında
qardaşlıq münasibətlərinin
möhkəmlənməsi üçün
çox iş
görürsünüz. Fürsətdən istifadə edib Sizi və Türkmənistanın
bütün qardaş
xalqını inkişafda
qazandığınız böyük
nailiyyətlərə, Türkmənistanın
beynəlxalq aləmdə
rolunun möhkəmlənməsinə,
milli-mənəvi dəyərlərə
çox diqqət yetirməyinizə və xalqınızın ənənələrini
qoruyub saxlamağınıza
və bunları yeni nəsillərə ötürməyinizə görə
təbrik etmək istərdim.
Siz qeyd etdiyiniz kimi, bizim ortaq
köklərimiz var və bu, bizi
birləşdirir. Biz ənənələrimiz,
tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz
əsasında daha da yaxınlaşmaq istəyirik. Buna görə düşünürəm
ki, mənim səfərim bizim qardaşlıq münasibətlərimizin
möhkəmlənməsi işinə
xidmət edəcək.
Mən Sizinlə razıyam ki, ölkələrimiz
regional əməkdaşlıq, regionda təhlükəsizliyin
möhkəmlənməsi məsələlərində
də mühüm rol oynayır. Sabitliyin, inkişafın
yüksək səviyyəsi
bizim ölkələri
fərqləndirir. Siz çox
düzgün qeyd etdiniz ki, ölkələrimiz
BMT-nin Davamlı İnkişaf Məqsədləri
çərçivəsində dəyişiklikləri fəal
həyata keçirirlər.
Biz əksər göstəricilər üzrə
nəzərdə tutulanları
nəinki yerinə yetirmişik, hətta artıqlaması ilə yerinə yetirmişik.
Türkmənistana gələn, Sizin
ölkənizin necə
inkişaf etdiyini, vətəndaşlar üçün
necə şərait yaradıldığını, iqtisadiyyatın,
sənaye potensialının
necə artdığını
görən hər kəs bunu yəqin
edir.
Azərbaycanda biz Sizin uğurlarınıza
sevinirik. Biz əminik ki, qardaş Türkmənistan xalqı
Sizin müdrik
rəhbərliyinizlə bundan
sonra da tərəqqi yolu ilə irəliləyəcək.
Əlbəttə, belə yaxşı
imkanlardan istifadə etməklə əməkdaşlığı
möhkəmlətmək lazımdır.
Biz məhz bununla
məşğuluq və
əminəm ki, səfər bu istiqamətdə çox səmərəli olacaq.
İqtisadi sahədə qarşılıqlı
fəaliyyət, nəqliyyat
sahəsində əməkdaşlıq,
sənaye kooperasiyası
– müzakirə üçün
mövzu çoxdur.
Əminəm ki, biz qarşıya
qoyulmuş hədəflərə
nail olacağıq. Səmimi qəbula
və qonaqpərvərliyə
görə Sizə bir daha təşəkkür
edirəm.
Azərbaycan.- 2018.-23 noyabr.- S.2.