Azərbaycan-Türkmənistan sənədləri imzalanıb
Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədovun
iştirakı ilə
Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması
mərasimi olub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkmənistanın
Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə
Bəyanatını dövlət
başçıları İlham
Əliyev və Qurbanqulu Berdiməhəmmədov
imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
gəlirlərə və
əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması
haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın maliyyə
və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar.
"Azərbaycan
Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər
Akademiyası arasında
əməkdaşlıq haqqında
Saziş”i Azərbaycanın
Baş nazirinin birinci müavini Yaqub Eyyubov və
Türkmənistan Elmlər
Akademiyasının prezidenti
Sapardurdı Toylıyev
imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
və Türkmənistan
Hökuməti arasında
2019-2021-ci illər üçün
elm, təhsil, mədəniyyət
və incəsənət
sahəsində Əməkdaşlıq
Proqramı”nı Azərbaycanın
Baş nazirinin birinci müavini Yaqub Eyyubov və
Türkmənistanın təhsil
naziri Mammetmırat Geldiniyazov imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
nəqliyyat, tranzit və logistika məsələləri üzrə
Azərbaycan-Türkmənistan Birgə Komissiyasının
yaradılması haqqında
Saziş”i Azərbaycanın
Baş nazirinin birinci müavini Yaqub Eyyubov və
Türkmənistanın dəmir
yolu nəqliyyatı naziri Azat Atamıradov
imzaladılar.
"Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası ilə
Türkmənistanın Sənayeçilər
və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Türkmənistandakı
səfiri Həsən
Zeynalov və Türkmənistanın Sənayeçilər
və Sahibkarlar Birliyinin sədri Aleksandr Dadayev imzaladılar.
"Azərbaycan
Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyəti və Türkmənistanın Dəmir
Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə
dair Saziş”i "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir
yolu nəqliyyatı naziri Azat Atamıradov
imzaladılar.
"Azərbaycan
Respublikası və Türkmənistan arasında
keçirilən mallar
və nəqliyyat vasitələri haqqında
ilkin məlumat mübadiləsinin təşkili
barədə Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsi
ilə Türkmənistanın
Dövlət Gömrük
Xidməti arasında Saziş”i Azərbaycanın
Dövlət Gömrük
Komitəsinin sədri
Səfər Mehdiyev və Türkmənistanın
Dövlət Gömrük
Xidmətinin rəisi Atadurdı Osmanov imzaladılar.
"Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
nəzdində ADA Universiteti
ilə Türkmənistan
Xarici İşlər
Nazirliyinin Beynəlxalq
Münasibətlər İnstitutu
arasında Anlaşma Memorandumu”nu Azərbaycanın
xarici işlər nazirinin müavini Xələf Xələfov
və Türkmənistanın
Xarici İşlər
Nazirliyinin Beynəlxalq
Münasibətlər İnstitutunun
rektoru Baba Zaxırov imzaladılar.
"Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
nəzdində ADA Universiteti
ilə Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitet arasında əməkdaşlıq
haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Humanitar
Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdıyev
imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
Azərbaycan Respublikası
və Türkmənistan
iki dövlətin (əlavə) ərazilərindən
keçməklə həyata
keçirilən beynəlxalq
daşımaların iştirakçıları
üçün viza rejiminin sadələşdirilməsi
haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Dövlət
Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzaladılar.
"Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyəti
ilə Türkmənistanın
Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına
dair Saziş”i "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın
Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Amanmurad Qurdov imzaladılar.
"Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq
Dəniz Limanı arasında avtomatlaşdırılmış
informasiya mübadiləsi
haqqında Saziş”i
"Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və
Türkmənistanın Dəniz
və Çay Nəqliyyatı üzrə
Dövlət Xidmətinin
sədri Amanmurad Qurdov imzaladılar.
"Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın
Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq
Dəniz Limanı arasında yükaşırma
həcmlərinin artırılması
haqqında Saziş”i
"Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və
Türkmənistanın Dəniz
və Çay Nəqliyyatı üzrə
Dövlət Xidmətinin
sədri Amanmurad Qurdov imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
iki ölkənin limanlarından keçən
daşımaların inkişafı
haqqında Saziş”i Azərbaycanın nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
və Türkmənistanın
Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Amanmurad Qurdov imzaladılar.
"Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil
Nəqliyyatı Nazirliyi
arasında beynəlxalq
avtomobil daşımalarının
inkişafı haqqında
Saziş”i Azərbaycanın
nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın
avtomobil nəqliyyatı
naziri Orazdurdı Suxanov imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
2019-2022-ci illər üçün
nəqliyyat sahəsində
əməkdaşlıq Proqramı”nı
Azərbaycanın nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
və Türkmənistanın
avtomobil nəqliyyatı
naziri Orazdurdı Suxanov imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
sənaye sahəsində
əməkdaşlıq haqqında
Saziş”i Azərbaycanın
iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın
sənaye naziri Xoşgeldi Mergenov imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
2019-2021-ci illər üzrə
ticarət-iqtisadi əməkdaşlıq
Proqramı”nı Azərbaycanın
iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın
ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
uzunmüddətli ticarət-iqtisadi
əməkdaşlıq haqqında
Saziş”i Azərbaycanın
iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın
ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
sərmayələrin təşviqi
və qarşılıqlı
qorunması haqqında
Saziş”i Azərbaycanın
iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın
maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar.
Azərbaycan.- 2018.-23 noyabr.- S.2-3.