Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qüvvədə olan
bəzi normativ xarakterli
aktlarına dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
17/92
"Sərhəd qoşunları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi
haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci
il tarixli 211 nömrəli Fərmanının 2-ci hissəsinin
icrası məqsədilə Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası "Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun
75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə
uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/22 saylı Qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın 1.4-cü bəndində "sərhəd qoşunlarının” sözləri "sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/49 saylı Qərarı ilə təsdiq edilmiş "Hərbi qulluqçuların seçkilərdə (referendumda) iştirakına dair Təlimat”ın 2.1.3-cü yarımbəndində "Sərhəd qoşunlarının” sözləri "Sərhəd mühafizə orqanlarının” sözləri ilə əvəz edilsin.
3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.11.2018-ci il
Azərbaycan.-
2018.- 23 noyabr.- S.5.