Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 17/93

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Əli Süleyman oğlu Qurbanov 5 saylı Şahbuz Babək, Şaban Həmzə oğlu Qasımov 7 saylı Ordubad Culfa, Etibar Məmməd oğlu Abdullayev 19 saylı Nərimanov birinci, Sevil Eldar qızı Məmmədova 24 saylı Nizami birinci, Ulduzə Teymur qızı İsayeva 61 saylı Neftçala, Rasim İsa oğlu Hacıyev 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Hünər Maşallah oğlu Əliyev 2 saylı Şərur, İlvin Əvəz oğlu Rzayev 5 saylı Şahbuz - Babək, Həmzə Şaban oğlu Qasımlı 7 saylı Ordubad Culfa, Azad Cavad oğlu Nəbiyev 19 saylı Nərimanov birinci, Sevinc Vaqif qızı Bağırova 24 saylı Nizami birinci, Fəridə Hüseynağa qızı Abbasəliyeva 40 saylı Kəpəz ikinci (Gəncə), Mehparə Teymur qızı İsayeva 61 saylı Neftçala, Mübariz Əkbər oğlu İbrahimov 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

22.11.2018-ci il

 

Azərbaycan.- 2018.- 23 noyabr.- S.5.