Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransında olimpiadaların qaliblərinə diplomlar verilib

 

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib.

İki gün davam edəcək konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini bildirib. Ölkəmizdə elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyən rektor son illər universitetdə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini bildirib. C.Cəfərov vurğulayıb ki, ADPU-nun tədqiqat universiteti statusu alması qarşıda duran əsas vəzifələrdən biridir. Universitetdə gənc tədqiqatçıların yetişdirilməsinə xüsusi diqqət yetirilirbu istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirilir.

Təhsil naziri Ceyhun Bayramov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir dövlətimizin başçısının Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan C.Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib. Qeyd olunub ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb.

C.Bayramov bildirib ki, Təhsil Nazirliyinin "Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci ildə "Web of Scienceelmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. "Web of Scienceelmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. E.Babayev ölkəmizdə insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, gənc alimlərə kömək məqsədilə fond tərəfindən reallaşdırılan qrant layihələrinin uğurlu nəticələrindən danışıb.

Sonra gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.

Konfrans öz işini 15 bölmədə davam etdirib. Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub.

Konfrans çərçivəsində ADPU-nun məzunları olmuş akademik Yusif Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların da açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş riyaziyyat, fizika, kimya, biologiyainformatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.

 

Azərbaycan.- 2018.- 23 noyabr.- S.5.