194 ölkədən 2,4 milyondan çox turist

 

10 ay ərzində Azərbaycana gələn turistlərin sayı 6,1 faiz artmışdır

 

Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən ölkəmizin turizm sektoru ilə bağlı statistikanı açıqlayıb. Məlumatda bildirilir ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 minya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir. Qonaqların 65,5 faizini kişilər, 34,5 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,7 faizi yanvar, 6,9 faizi fevral, 11,4 faizi mart, 9 faizi aprel, 8,6 faizi may, 11,1 faizi iyun, 13,6 faizi iyul, 13,3 faizi avqust, 9,6 faizi sentyabr, 8,8 faizi oktyabr ayında ölkəyə gəlmişdir.

 

10 ayda Körfəz ölkələri

 

ndən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələn Bəhreyn və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2, Küveyt vətəndaşlarının sayı 2, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 13,7, Oman vətəndaşlarının sayı 6,3 faiz artmışdır. İrandan gələnlərin sayında 33, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən Azərbaycana 492,9 min nəfər gəlmiş və ölkəmizə gələnlərin hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur.

Bu dövr Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 8,3 faiz artaraq 99,4 min, MDB ölkələrindən gələnlərin sayı 4,1 faiz artaraq 891 min nəfər olmuşdur.

2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarına gəldikdə, onların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4 milyon 14,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi qadınlar olmuşdur.

Bu dövr İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4, Gürcüstana gedənlərin sayı 2,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 1, Türkiyəyə gedənlərin sayı 0,3 faiz azalmışdır.

 

Raqif MƏMMƏDOV

 

Azərbaycan.- 2018.- 24 noyabr.- S.1; 4.