Azərbaycan Respublikası Prezidentinin “Aviasiya təhlükəsizliyi
üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli
613 nömrəli, “Sərhəd qoşunları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2017-ci il
10 mart tarixli 538-VQD
nömrəli Qanununun tətbiqi
haqqında” 2017-ci il 19 aprel
tarixli 1339 nömrəli və “Sərhəd
qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
12 iyun tarixli 1180-VQD
nömrəli Qanununun tətbiqi
haqqında” 2018-ci il 18 iyul
tarixli 211 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Sərhəd qoşunları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 4, maddə
292; 2017, ¹ 1, maddə 50; 2018, ¹ 9, maddə 1840) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi
üzrə Dövlət
Proqramı”nın 2.2.11-ci yarımbəndində
"Sərhəd qoşunları”
sözləri "Sərhəd
mühafizə orqanları”
sözləri ilə əvəz edilsin.
2. "Sərhəd
qoşunları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 10 mart tarixli
538-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 19
aprel tarixli 1339 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 4, maddə 553) 3-cü hissəsində "Sərhəd
qoşunları” sözləri
"Sərhəd mühafizə
orqanları” sözləri
ilə əvəz edilsin.
3. "Sərhəd
qoşunları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18
iyul tarixli 211 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 7 (I kitab), maddə
1497) 3.1-ci bəndində "Sərhəd qoşunları”
sözləri "Sərhəd
mühafizə orqanları”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 25 noyabr.-
S.4.