Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1224; 2009, ¹ 4, maddə 222, ¹ 12, maddə 988; 2012, ¹ 2, maddə 83, ¹ 5, maddə 429; 2016, ¹ 3, maddə 466) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3.5-ci 2.4.4-cü yarımbəndlərə "Təşkilatlarınasözündən sonra "məlumatlandırma,” sözü əlavə edilsin.

2. 2.4.8.1-ci, 2.4.8.4-cü 2.4.8.5-ci yarımbəndlər ləğv edilsin.

3. 2.4.8.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.4.8.6. müsabiqəyə təqdim olunan layihələrlə bağlı müvafiq qərarlar qəbul edir;”.

4. 2.4.8.7-ci 2.4.8.9-cu yarımbəndlər ləğv edilsin.

5. 2.4.11-ci yarımbəndə "hesabatınısözündən sonra "dinləyirsözü əlavə edilsin.

6. 2.4.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.4.12. icra olunan layihələrin monitorinqinin aparılmasına qiymətləndirilməsinə dair Katibliyin hesabatlarına baxır;”.

7. 2.4.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.4.13. proqram layihələrin həyata keçirilməsi üçün ayrılmış vəsaitdən qeyri-hökumət təşkilatlarının istifadə etməsi vəziyyəti barədə Katibliyin rüblük illik hesabatlarına baxır;”.

8. şağıdakı məzmunda 2.4.13-1-ci yarımbənd əlavə edilsin:

"2.4.13-1. Katibliyin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir;”.

9. 4.2.6-cı 4.2.8-ci yarımbəndlər ləğv edilsin.

10. 4.3-cü bənddə "öz vəzifələrini icra edə bilmədikdəsözləri "müvəqqəti olmadıqdasözləri ilə əvəz edilsin.

11. 4.4.1-ci yarımbənddən "iclaslarında iştirak etmək, iclasınsözləri "iclasınınsözü ilə əvəz edilsin.

12. 4.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"4.5.2. Şuranın iclaslarında iştirak etməli üzrsüz səbəbdən iclasları buraxmamalı;”.

13. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.7. Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq mütəmadi keçirilir. İclaslar şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın gündəliyi qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın iclaslarında qəbul edilmiş qərarları iclasa sədrlik edən katib imzalayırlar. Katib iclasda iştirak etmədikdə, şuranın qərarı ilə onun funksiyasını şura üzvlərindən biri həyata keçirir.”.

14. Aşağıdakı məzmunda 4.8.1-1 - 4.8.1-8-ci yarımbəndlər əlavə edilsin:

"4.8.1-1. Şuranın maliyyə yardımı müsabiqələri haqqında elanlar verir;

4.8.1-2. qeyri-hökumət təşkilatlarının şuraya təqdim etdikləri layihələrin ekspertizasını aparır bu məqsədlə ekspert qruplarının fəaliyyətini təmin edir;

4.8.1-3. Şuranın iclaslarında baxılacaq sənədlərin hazırlanması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması onların tərkibi barədə şuraya təkliflər təqdim edir;

4.8.1-4. layihələrini şuranın məqbul hesab etdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə şifahi müsahibə keçirir nəticələri barədə şuraya məlumat verir;

4.8.1-5. qeyri-hökumət təşkilatlarının iştirak etdikləri müsabiqələrin nəticələri barədə məlumatları dərc edir;

4.8.1-6. müsabiqənin qalibi ilə vəsaitdən istifadə şərtləri haqqında müqavilə bağlayır;

4.8.1-7. Şuranın qərarı əsasında maliyyələşdirilən layihələrin əlaqələndirilməsini icrasına nəzarəti həyata keçirir, icra olunan layihələrin monitorinqinin aparılmasını qiymətləndirilməsini təmin edir bu barədə şuraya hesabat verir;

4.8.1-8. qeyri-hökumət təşkilatlarının icra etdikləri layihələrin nəticələrinə dair yekun aktını təsdiq edir bu barədə şuraya məlumat verir;”.

15. 4.8.4-cü yarımbənd ləğv edilsin.

16. Aşağıdakı məzmunda 4.8.7-2-ci 4.8.7-3-cü yarımbəndlər əlavə edilsin:

"4.8.7-2. Şuranın tədbirlərini təşkil edir, o cümlədən şuranın qəbul etdiyi qərarların icrası üçün qanunvericiliyin tələblərinə uyğun olaraq kommersiya qeyri-kommersiya qurumları ilə müqavilələr bağlayır;

4.8.7-3. qeyri-hökumət təşkilatları haqqında elektron resurslar yaradır;”.

17. 4.9.1-ci yarımbəndə "edirsözündən sonra " katiblik adından əmr göstərişlər verir, müqavilələr imzalayırsözləri əlavə edilsin.

18. Aşağıdakı məzmunda 4.9.1-1-ci yarımbənd əlavə edilsin:

"4.9.1-1. Katibliyin illik planını təsdiq edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 25 noyabr.- S.4.