Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”2007-ci il 28 dekabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Ətraf mühitin mühafizəsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 598; 2004, ¹ 2, maddə 71, ¹ 12, maddələr 994, 1005; 2005, ¹ 10, maddə 910; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 521, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2015, ¹ 2, maddə 130, ¹ 9, maddə 980; 2016, ¹ 10, maddə 1630; 2017, ¹ 3, maddələr 353, 355; 2018, ¹ 4, maddə 689, ¹ 7 (I kitab), maddə 1503) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 11.22-ci bəndində "məhdudlaşdırılması ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaqsözləri "dayandırılması ya qadağan edilməsi barədə qərar qəbul etməksözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1245; 2008, ¹ 10, maddə 898; 2009, ¹ 4, maddə 219, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2016, ¹ 3, maddə 458; 2017, ¹ 3, maddə 360) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.24-cü bəndində "səlahiyyətləri daxilində təhlükəli təsərrüfat fəaliyyəti növləri üzrəsözləri "fəaliyyət istiqamətlərinə uyğun olaraqsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 27 noyabr.- S.2.