Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Mülki Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, I kitab, maddə
250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə
420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10,
maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə
466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə
1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6,
maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə
80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə
1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə
456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5,
maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə
75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə
71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073,
1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6, maddə 498; 2013,
¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr
1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə
254, ¹ 5, maddə 512, ¹ 7, maddə 814, ¹ 10, maddə 1093; 2016, ¹
1, maddə 26, ¹ 2, I kitab, maddələr 186, 204, ¹ 3, maddə
401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə 1005, ¹ 7, maddə
1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2, maddələr 151,
153, ¹ 4, maddə 524, ¹ 5, maddələr 703, 735, ¹ 6, maddə
1035, ¹ 11, maddə 1953, ¹ 12, I kitab, maddələr 2210, 2234, 2239;
2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr 845,
851) aşağıdakı dəyişikliklər edilsin:
1. 47.1-ci maddənin ikinci cümləsində
"Bir” sözü "Banklar haqqında” və
"İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulmuş
hallar istisna olmaqla, bir” sözləri ilə əvəz edilsin.
2. 49.1-ci maddənin ikinci cümləsində
"nizamnamə ilə” sözləri ", müvafiq olaraq,
nizamnamə, "Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "İnvestisiya fondları haqqında”, "Qiymətli
kağızlar bazarı haqqında” və "Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının qanunları ilə” sözləri ilə əvəz
edilsin.
3. 49-1-ci maddə üzrə:
3.1. 49-1.1.8-ci maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
49-1.1.9-cu maddə əlavə edilsin:
"49-1.1.9. "Banklar haqqında” və
"İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyən
edilmiş, müvafiq olaraq, banklara və investisiya fondlarına
aidiyyəti olan digər şəxslər.”;
3.2. 49-1.3-cü maddənin birinci
cümləsində "və ya” sözlərindən sonra
"Banklar haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla,”
sözləri əlavə edilsin;
3.3. 49-1.6-cı maddədə "və
ya” sözlərindən sonra "digər” sözü əlavə
edilsin.
4. Aşağıdakı məzmunda
55.6-cı maddə əlavə edilsin:
"55.6. Bankların yenidən
təşkili "Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.”.
5. 59-cu maddə üzrə:
5.1. 59.2.3-cü maddədə "Məcəllədə”
sözündən sonra ", "Banklar haqqında”,
"Sığorta fəaliyyəti haqqında” və
"İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarında” sözləri əlavə
edilsin;
5.2. 59.3-cü maddənin birinci
cümləsində "orqanı” sözündən sonra
"(qurumu)” sözü əlavə edilsin;
5.3. aşağıdakı
məzmunda 59.8-ci maddə əlavə edilsin:
"59.8. Yerli bankların,
onların filial, şöbə və nümayəndəliklərinin,
habelə xarici bankların yerli filial və nümayəndəliklərinin
ləğvi "Banklar haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla həyata
keçirilir.”.
6. 60-cı və 61-ci maddələrin
mətnində ismin müvafiq hallarında "təsviyəçi”
sözündən sonra ismin müvafiq hallarında ", ləğvedici”
sözü əlavə edilsin.
7. 63.2-ci maddədə "Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsi”
sözləri ", müvafiq olaraq, "Müflisləşmə
və iflas haqqında” və "Banklar haqqında” Azərbaycan
Respublikasının qanunları” sözləri ilə əvəz
edilsin.
8. 91.1-ci maddənin
dördüncü cümləsində "və (və ya)”
sözləri "və ya” sözləri ilə əvəz
edilsin.
9. 98-ci maddə üzrə:
9.1. 98.3-cü maddədə "bu məcəllədə”
sözləri " müvafiq olaraq, bu məcəllədə,
"Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "İnvestisiya fondları haqqında” və
"Kredit ittifaqları haqqında” Azərbaycan
Respublikasının qanunlarında” sözləri ilə əvəz
edilsin;
9.2. 98.7-ci maddədə "bu məcəlləyə”
sözləri ", müvafiq olaraq, bu məcəlləyə,
"Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında” və "İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarına” sözləri ilə əvəz
edilsin;
9.3. 98.11.3-cü maddədə "bu
məcəllə” sözləri "müvafiq olaraq, bu məcəllə,
"Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunları” sözləri ilə əvəz
edilsin;
9.4. 98.13-cü maddədə "bu məcəllə
və "Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanunu” sözləri ", müvafiq
olaraq, bu məcəllə, "Banklar haqqında”,
"İnvestisiya fondları haqqında” və "Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının qanunları” sözləri ilə əvəz
edilsin;
9.5. aşağıdakı
məzmunda 98.15-ci maddə əlavə edilsin:
"98.15. Bu məcəllənin
98.4-cü, 98.5-ci və 98.11.1-ci maddələrində qeyd
edilmiş məsələlərlə əlaqədar banklara,
sığortaçılara və qiymətli kağızlar
bazarında lisenziyalaşdırılan şəxslərə
münasibətdə "Banklar haqqında”,
"Sığorta fəaliyyəti haqqında” və "Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının qanunlarının müddəaları tətbiq
edilir.”.
10. 99.3-cü maddəyə
aşağıdakı məzmunda dördüncü cümlə
əlavə edilsin:
"Bu maddənin tələbləri
banklara və xarici bankların yerli filiallarına şamil
edilmir.”.
11. 102.5-ci maddədə "Cəmiyyətin”
sözü "Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar
istisna olmaqla, cəmiyyətin” sözləri ilə əvəz
edilsin.
12. 103-cü maddə üzrə:
12.1. 103.1-ci maddənin ikinci cümləsində
"bu məcəllə” sözləri ", müvafiq olaraq,
bu məcəllə, "Banklar haqqında”,
"Sığorta fəaliyyəti haqqında”, "Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının qanunları” sözləri ilə əvəz
edilsin;
12.2. 103.2-ci maddənin ikinci cümləsində
"orqanı” sözündən sonra "və maliyyə
bazarlarına nəzarət orqanı” sözləri əlavə
edilsin;
12.3. 103.5-ci maddənin ikinci cümləsində
"Əgər” sözü "Banklar haqqında”,
"Sığorta fəaliyyəti haqqında”, "Qiymətli
kağızlar bazarı haqqında”, "Bank olmayan kredit təşkilatları
haqqında”, "Kredit ittifaqları haqqında”, "Poçt
haqqında” və "Kredit büroları haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, əgər” sözləri ilə
əvəz edilsin.
13. 105.4-cü maddədə "Səhmdar”
sözü "Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "Qiymətli kağızlar bazarı
haqqında”, "Bank olmayan kredit təşkilatları
haqqında”, "Kredit ittifaqları haqqında”, "Poçt
haqqında” və "Kredit büroları haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdar” sözləri ilə əvəz
edilsin.
14. 107-ci maddə üzrə:
14.1. 107.4-cü maddənin birinci
cümləsində "və (və ya)” sözləri "və
ya” sözləri ilə əvəz edilsin;
14.2. 107.4-cü maddənin dördüncü
cümləsində "Səhmdarların” sözü
"Banklar haqqında” və "Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdarların” sözləri
ilə əvəz edilsin;
14.3. 107.5-ci maddəsində "bu məcəlləyə”
sözləri ", müvafiq olaraq, bu məcəlləyə,
"Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarına” sözləri ilə əvəz
edilsin.
15. 107-1.3-cü və 107-1.6-cı
maddələrin birinci cümlələrində "Səhmdarların”
sözü "Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar
istisna olmaqla, səhmdarların” sözləri ilə əvəz
edilsin.
16. 107-2-ci maddə üzrə:
16.1. 107-2.1-ci maddəyə
"altmış” sözündən əvvəl "ən
azı” sözləri əlavə edilsin;
16.2. 107-2.2-ci maddənin
üçüncü cümləsində "Yenidən”
sözü "Banklar haqqında Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar
istisna olmaqla, yenidən” sözləri ilə əvəz
edilsin;
16.3. 107-2.3-cü maddənin ikinci
cümləsində "Təkrarən” sözü "Banklar
haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallar istisna olmaqla, təkrarən” sözləri ilə
əvəz edilsin.
17. 107-10-cu maddə üzrə:
17.1. 107-10.2-ci maddədə "bu məcəllə
ilə” sözləri ", müvafiq olaraq, bu məcəllə,
"Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunları” sözləri ilə əvəz
edilsin;
17.2. 107-10.3-cü maddədə
"cəmiyyətin nizamnaməsi ilə” sözləri ",
müvafiq olaraq, cəmiyyətin nizamnaməsi, "Banklar
haqqında” və "Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunları ilə”
sözləri ilə əvəz edilsin;
17.3. 107-10.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"107-10.5. Cəmiyyətin
icra orqanı üzvlərinin şəxsi marağı ilə
cəmiyyətin maraqları arasında ziddiyyətlərə
gətirib çıxara bilən, habelə bu məcəllənin
49-1.6-cı maddəsində nəzərdə tutulmuş
hallarda cəmiyyətin icra orqanının rəhbəri və
ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin
direktorlar şurasına (müşahidə şurasına), o
olmadıqda, səhmdarların ümumi yığıncağına
yazılı şəkildə təqdim etməlidirlər. Cəmiyyətin
maraqlarına zidd olan əqdlərin bağlanılması,
müvafiq olaraq, bu məcəllə, "Banklar haqqında” və
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının qanunları ilə ayrı qayda nəzərdə
tutulmamışdırsa, müvafiq idarəetmə
orqanının qərarı əsasında həyata
keçirilə bilər.”.
18. Aşağıdakı məzmunda
107-11.7-ci maddə əlavə edilsin:
"107-11.7. Bu maddənin tələbləri
banklara və xarici bankların yerli filiallarına şamil
edilmir.”.
19. 108-ci maddə üzrə:
19.1. 108.1-ci maddənin ikinci cümləsində
"bu məcəllə” sözləri ", müvafiq olaraq,
bu məcəllə, "Banklar haqqında”,
"Sığorta fəaliyyəti haqqında” və
"İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunları” sözləri ilə əvəz
edilsin;
19.2. 108.2-ci maddədə "Səhmdar”
sözü "Banklar haqqında”, "Sığorta fəaliyyəti
haqqında”, "Qiymətli kağızlar bazarı
haqqında”, "Bank olmayan kredit təşkilatları
haqqında”, "İnvestisiya fondları haqqında” və
"Kredit büroları haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdar” sözləri ilə əvəz
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
Azərbaycan.-
2018.- 27 noyabr.- S.2.