Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 935-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 787; 2014, ¹ 10, maddə 1155, ¹ 11, maddə 1368; 2016, ¹ 11, maddə 1791; 2017, ¹ 3, maddə 339, ¹ 7, maddə 1303, ¹ 8, maddə 1510; 2018, ¹ 1, maddə 30) aşağıdakı dəyişikliklər edilsin:

1. 323.1.5-ci və 323.1.6-cı maddələr ləğv edilsin.

2. Aşağıdakı məzmunda 323.2-1-ci maddə əlavə edilsin:

"323.2-1. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqdaya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 28 noyabr.- S.2.