“Yerli (bələdiyyə) vergilər
və ödənişlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Yerli (bələdiyyə) vergilər
və ödənişlər
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 4, I kitab, maddə
155; 2008, ¹ 6, maddə 462; 2014, ¹ 8, maddə 955; 2016, ¹ 11, maddə
1778; 2017, ¹ 7, maddə
1265) 5.4-cü maddəsi ləğv
edilsin və 5.3-cü
maddəsi aşağıdakı
redaksiyada verilsin:
"5.3. Bu qanunun
8.0.1-ci və 8.0.2-ci maddələrində
nəzərdə tutulmuş
vergilərin yığılması
üçün bələdiyyələr
ərazilərində yerləşən
vergitutma obyektlərinin
müəyyən edilməsi
məqsədi ilə daşınmaz əmlakın
dövlət reyestrindən
qanunla müəyyənləşdirilmiş
qaydada məlumat ala bilərlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 28 noyabr.-
S.2.