“Azərbaycanın Milli Qəhrəmanının
xüsusi fərqlənmə
nişanını təsis etmək haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının 1992-ci il 7 iyul tarixli 201 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 13, maddə 492; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 141; 2016, ¹ 1, maddə 32) ilə təsdiq edilmiş "Qızıl Ulduz” medalının təsviri”nin ikinci hissəsinin ikinci cümləsində "Yuxarı şüanın küncündə” sözləri "Arxa tərəfinin aşağı hissəsində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr
2018-ci il
Azərbaycan.- 2018.- 28 noyabr.- S.3.