“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr 1277, 1300, ¹ 12, (I kitab), maddə 2202; 2018, ¹ 7 (I kitab), maddələr 1381, 1409) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.3-cü maddədə "Azərbaycansözü "Tədrissözü ilə əvəz edilsin.

2. 22.12-ci maddədə "müqavilələrə,” sözündən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına,” sözləri əlavə edilsin.

3. 44.1-ci maddədə "kvotasözündən sonra ", təhsil qrantı proqramısözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 44.1-1-ci maddə əlavə edilsin:

"44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 28 noyabr.- S.3.