S.Ə.Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Solmaz Əli qızı Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi” fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 28 noyabr.- S.2.