“Elm haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 1 oktyabr tarixli 1262-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Elm haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 1 oktyabr tarixli 1262-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Elm haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki, "Elm haqqında” Azərbaycan Respublikası Qanununun
39.6-cı maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının və orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Elm haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 noyabr 2018-ci il
Azərbaycan.- 2018.-28 noyabr.- S.3.