Albaniya Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlir Metaya
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə
və xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Albaniya əlaqələrinin, dostluq
və əməkdaşlıq
münasibətlərimizin inkişafı
bundan sonra da xalqlarımızın rifahına töhfələr
verəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26 noyabr
2018-ci il.
Azərbaycan.-
2018.- 28 noyabr.- S.2.