Milli Məclisin deputatları QDİƏT Parlament Məclisinin 52-ci plenar sessiyasında iştirak edirlər

 

İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 52-ci plenar sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 29-dək davam edəcək sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.

QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolumövzusunda məruzə edib. O, çıxışında iqtisadi humanitar təhlükəsizlik, informasiya təhlükəsizliyi məsələlərindən, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən, regiondakı ekoloji problemlərdən söz açıb. Bildirib ki, region təkcə iqtisadi deyil, ümumilikdə qlobal layihələrin gerçəkləşdiyi məkandır. Komitə sədrinin müavini bu baxımdan Azərbaycanın mövqeyini diqqətə çatdırıb ölkəmizin adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətini vurğulayıb, dövlətimizin artan iqtisadi qüdrətinin təzahürü olan nəhəng təşəbbüsləri önə çəkərək xüsusən TANAP-ın önəmi üzərində dayanıb.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun AmaşovAzərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyimövzusunda çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan qeyri-neft sektoruna göstərilən diqqəti önə çəkib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin İrəvanda keçirilən 52-ci plenar sessiyasında iştirak edən Azərbaycan, Türkiyə, Gürcüstan Ukrayna nümayəndə heyətləri təşkilatın yaranmasının 25 illiyi yubiley medalı ilə təltif olunmaqdan imtina ediblər.

Sessiyada QDİƏT sədrinin baş katibinin müavinləri seçilib. Noyabrın 28-də işini davam etdirəcək tədbirdə təşkilati məsələlərə baxılacaq. O cümlədən əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq QDİƏT-in Parlament Məclisinə sədrliyin Azərbaycana keçəcəyi gözlənilir.

 

Azərbaycan.- 2018.- 28 noyabr.- S.4.