Belarusun dövlət televiziyası: Elə
bir sahə yoxdur ki, Belarusla Azərbaycan
arasında əlaqə qurulmasın
Belarusun dövlət televiziya kanalı Azərbaycanla münasibətlərə dair reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan-Belarus əlaqələrinin inkişafı barədə danışılır.
Bildirilir ki, Bakı ilə Minsk yalnız dost deyillər, həm də bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dostluq münasibətləri mövcuddur. Azərbaycan və Belarus etibarlı tərəfdaşlar, bir-birinə diplomatik qarantlardır.
"İki ölkə arasında dostluq münasibətlərinin əsası 25 il əvvəl qoyulub və o vaxtdan bu dövlətlər yaxın qohumlar kimi mehribandırlar. Elə bir sahə yoxdur ki, Belarusla Azərbaycan arasında əlaqə qurulmasın”, - deyə reportajda vurğulanır.
Telekanalın jurnalisti, həmçinin
Azərbaycanın və Belarusun birgə istehsal müəssisələri, birlikdə həyata
keçirilən layihələr, ölkəmizin turizm potensialı, Bakının gözəlliyi
haqqında ətraflı məlumat verir.
Azərbaycan.- 2018.- 29 noyabr.- S. 1.