Azərbaycan
Respublikası Prezidentinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” 1999-cu il 4 avqust
tarixli 173 nömrəli və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun icrasının təmin
edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Ətraf mühitin
mühafizəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının
2-ci hissəsi (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
483; 2003, ¹ 10, maddə 546; 2014, ¹ 10, maddə 1192; 2017, ¹ 7, maddə
1342) aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən edilsin ki:
2.1. "Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun 1-ci maddəsinin
1-ci hissəsinin on üçüncü
abzasında, 40-cı maddəsinin
2-ci hissəsində, 52-ci maddəsinin
1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci (hər iki halda), 9-cu, 10-cu (hər iki halda)
və 12-ci hissələrində,
54-cü maddəsinin 1-ci hissəsinin
səkkizinci bəndində,
55-ci maddəsinin 1.2-ci bəndində,
56-cı maddəsinin 1-ci hissəsində,
57-ci maddəsinin 1-ci və
3-cü hissələrində, 58-ci maddəsinin 2-ci, 4-cü və
7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin qanunun 4-cü maddəsinin 1-ci hissəsinin
1.1-1.3-cü, 1.6-1.9-cu (xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli
ətraf mühitin mühafizəsi obyektlərinin
siyahısının təsdiq
edilməsi hissəsində),
1.10-cu və 1.11-ci bəndlərində,
2-ci hissəsinin 2.1-ci (fəaliyyət
istiqamətlərinə uyğun
olaraq) bəndində,
16-cı maddəsinin ikinci
hissəsində, 17-ci maddəsinin
3-cü hissəsində, 64-1.1-ci maddəsinin ikinci cümləsində, 66-cı maddəsinin
3-cü hissəsində və
79-cu maddəsinin 2-ci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.3. həmin qanunun
52-ci maddəsinin 2-ci və
9-cu hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin
səkkizinci bəndində,
56-cı maddəsinin 1-ci hissəsində,
58-ci maddəsinin 2-ci hissəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
2.4. həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinin
2.1-ci (fəaliyyət istiqamətlərinə
uyğun olaraq),
2.2-2.6-cı bəndlərində, 18-ci maddəsinin 3-cü hissəsində,
71-ci maddəsinin 1-ci, 2-ci hissələrində
və 72-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
həyata keçirir;
2.5. həmin qanunun 1-ci maddəsinin 1-ci hissəsinin
on üçüncü abzasında,
40-cı maddəsinin 2-ci hissəsində,
52-ci maddəsinin 1-ci, 7-ci, 8-ci (birinci halda), 10-cu (hər iki halda)
və 12-ci hissələrində,
55-ci maddəsinin 1.2-ci bəndində,
57-ci maddəsinin 1-ci və
3-cü hissələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
nəzərdə tutulur;
2.6. həmin qanunun
58-ci maddəsinin 4-cü və
7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
və yerli icra hakimiyyəti orqanları nəzərdə
tutulurlar;
2.7. həmin qanunun
52-ci maddəsinin 5-ci hissəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara münasibətdə
isə həmçinin
Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
nəzərdə tutulur;
2.8. həmin qanunun
52-ci maddəsinin 8-ci (ikinci
halda) hissəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.”.
2. "Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (III kitab),
maddə 615; 2001, ¹ 10, maddə
640, ¹ 12, maddə 755; 2002, ¹ 1, maddə 52; 2003, ¹ 10, maddələr
546, 585; 2007, ¹ 2, maddə 87; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 10, maddə
785; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. ikinci abzasdan
"11-ci maddəsinin ikinci
hissəsində,” sözləri
çıxarılsın;
2.2. onuncu abzas
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
26 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 29 noyabr.- S. 2.