Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Serbiyada səfərdə olub

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Serbiya Respublikası Baş nazirinin müavini-daxili işlər naziri Neboyşa Stefanoviçin dəvəti ilə bu ölkədə ikigünlük səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 27-də daxili işlər naziri R.Usubovonu müşayiət edən şəxslər Belqradda ulu öndər Heydər Əliyevin şərəfinə ucaldılmış abidənin önünə əklil qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Həmin gün Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Serbiya Prezidenti cari ilin mayında respublikamıza ilk rəsmi səfərini, ölkəmizdə ən yüksək səviyyədə aparılan danışıqları və imzalanmış sənədləri məmnunluqla xatırladıb. Dövlət başçısı ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə hər zaman böyük önəm verdiyini, bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını diqqətə çatdırıb. Beynəlxalq arenada hər iki dövlətin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünüsuverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyevin liderliyi ilə respublikamızın son illər böyük uğurlara imza atdığını deyən Serbiya Prezidenti Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət yürütdüyünü, dünyada nüfuzunun artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Sonra Serbiya Respublikası Baş nazirinin müavini - daxili işlər naziri Neboyşa Stefanoviç general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirən serbiyalı nazir dövlətlərimizin başçılarının siyasi iradəsinə və dostluq münasibətlərinə uyğun olaraq, son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, qarşılıqlı əlaqələrin milli maraqlara cavab verdiyini vurğulayıb.

Neboyşa Stefanoviç bənzər münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedə olduğunu, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını, bu səfərin də əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkür edən nazir Ramil Usubov ölkəmizin tarixən Balkan dövlətləri, o cümlədən Serbiya ilə dostluq əlaqələrinin mövcudluğunu məmnunluqla diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin ikitərəfli münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verdiyini, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış sənədlər sayəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan general-polkovnik Ramil Usubov 2010-cu il mayın 13-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişin bu baxımdan iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında əhəmiyyətli rolunu xatırladıb.

Nazir ölkəmizdə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərpası istiqamətində hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördükləri işlər barədə məlumat verib. Bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib.

Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Sonda daxili işlər nazirləri "Serbiya Respublikasının KriminalistikaPolis Araşdırmaları Akademiyası ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Daha sonra nazirlər mətbuat üçün qısa bəyanatlarla çıxış ediblər.

Həmin gün Serbiya Respublikası Milli Assambleyasının sədri Maya Qoykoviç general-polkovnik R.Usubov və nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Səfərin sonunda daxili işlər naziri R.Usubovonu müşayiət edən şəxslər Xüsusi Antiterror Qrupunun yerləşdiyi əraziyə gələrək, qurumun fəaliyyəti, əməkdaşların təlim-məşq prosesitexniki təminatı ilə yaxından tanış olublar.

Qəbul və görüşlərdə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Eldar Həsənov da iştirak edib.

 

Azərbaycan.- 2018.- 29 noyabr.- S. 5.